BKS kosmosda tullantılarla toqquşmamaq üçün manevr edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 1 may, AZƏRTAC
Beynəlxalq Kosmik Stansiya (BKS) kosmosda tullantılarla toqquşmamaq üçün manevr edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, BKS kosmik tullantılarla toqquşma təhlükəsi səbəbindən trayektoriyasını dəyişməli olub. Bu barədə məlumatı “Roskosmos” dövlət korporasiyası özünün rəsmi “Telegram” kanalında yayıb.
Məlumatda deyilir: “Mayın 1-də Moskva vaxtı ilə saat 01:10-da “Proqres MS-30” kosmik gəmisinin mühərrikləri işə salınaraq 212,79 saniyə işlədilib və onların hərəkəti 0,3 m/s sürətə çatıb ki, bu da BKS-nin orbitini təxminən 540 metr artırmağa imkan verib”.
Kosmik dağıntıların qarşısının alınması manevri başa çatdıqdan sonra stansiyanın Yer ətrafında orbital dövrü 92,89 dəqiqə olub. Orbitin mailliyi 51,66 dərəcəyə çatıb, orbitin orta hündürlüyü isə hazırda 418,74 kilometrdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 01 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















