Icma.az
close
up
RU
“Black Friday” mifi: “Anbarda qalan malları endirim adı ilə satırlar”

“Black Friday” mifi: “Anbarda qalan malları endirim adı ilə satırlar”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər kəs geyinməyi, özünə yeni və zövqlü tərz yaratmağı sevir. Lakin bahalaşmanın müşahidə olunduğu bir dövrdə insanlar istədiklərini almaqda çətinlik çəkir və bu səbəbdən xüsusi endirim günlərini səbirsizliklə gözləyir. Məhz buna görə də “Black Friday” kimi genişmiqyaslı kampaniyalar daha da aktuallaşır — alıcılara həm büdcəni qorumaq, həm də ehtiyaclarını daha sərfəli şəkildə qarşılamaq imkanı yaradır. Bu il artan maraq fonunda bir çox insan üçün “Qara Cümə” yalnız alış-veriş günü deyil, uzun müddətdir arzuladığı məhsullara daha münasib qiymətlə sahib olmaq fürsətinə çevrilib. 

Bəs ölkəmizdə “Black Friday” endirimləri nə dərəcədə realdır? 

Moderator.az-a danışan marketoloq Elnur Salehov deyib ki, Azərbaycanda “Black Friday” adı ilə təqdim olunan kampaniyalar real endirim anlayışına uyğun gəlmir. Ekspertin sözlərinə görə, 70–80 faiz civarında endirim etmək ölkə bazarının şərtlərinə heç bir halda uyğun deyil:

“Azərbaycanda belə yüksək endirimlərin olması mümkün deyil. Çünki ölkədə həm vergilər, həm də gömrük xərcləri kifayət qədər yüksəkdir. Maksimum endirim edənlər də, əsasən, outlet malları satışa çıxaran mağazalardır. Mağazalar “Black Friday” adı altında daha çox anbarda uzun müddət qalan, tələbatın aşağı olduğu və ya vaxtilə baha olduğu üçün alınmayan məhsulları satışa çıxarırlar. Outlet dedikdə, anbarlarda qalan, uzun müddət satılmayan, amma kiminsə vaxtilə almaq istədiyi mallar nəzərdə tutulur. Şirkətlər bu malları ucuz qiymətə satışa çıxarırlar ki, anbar boşalsın və yeni malların gətirilməsi üçün yer açılsın. Yəni mağazalar məhsul gətirdikdə anbar kirayələməyə məcbur olurlar. Anbarda malın qalması şirkət üçün maliyyə itkisi deməkdir.  Buna görə də mağazalar köhnə malları çıxarıb ucuz qiymətə satırlar və bunun adını “Black Friday” qoyurlar”.

Marketoloq əlavə edib ki, Azərbaycanda “Qarabağ”, “Neftçi” kimi futbol komandalarının orijinal formalarının qiyməti 120–150 manat civarındadır və bu məbləğ normal sayılır:  

“Lakin rəsmi səhifədə rəylərdən də görünür ki, insanların  əksəriyyəti qiymətlərin baha olmasından şikayətlənir. Çoxları bu formaların tam orijinal olduğunu nəzərə almır. Belə formaların ucuz qiymətə satılması mümkün deyil. Eyni zamanda, istehsal sayını nəzərə alsaq, qiymətlərin bu intervalda dəyişməsi təbii haldır. Azərbaycanda orijinal geyimə pul verəcək insanlar çox azdır, daha çox imkanlı şəxslər bu məhsulları alır”.

Elnur Salehov  qeyd edib ki, xarici saytlarla müqayisələr də çox vaxt düzgün aparılmır:

“İstifadəçilər “Puma”,”Adidas” kimi brendlərin qiymətlərə baxıb deyirlər ki, bizdə də həmin qiymətədir, onlarda da . Amma nəzərə almırlar ki, “Adidas” və “Puma” kimi şirkətlər Almaniya və digər ölkələrdə milyonlarla forma istehsal edir və böyük bazara satırlar. Ölkədə isə “Qarabağ”,”Nefçi” kimi komandaların  orjinal formalarının istehsal sayı 10 mindən yüksək deyil.  Azərbaycanda  istehsal və idxal sayı aşağıdır. Şirkətlər də bilirlər ki, ölkədə alıcılıq qabiliyyəti zəifdir, ona görə də qiymətə öz xərclərini və gəlir marjasını əlavə edirlər. Bu halda 120–150 manat aralığı tam optimal sayılır. Brend məhsulların qiymətində mənfəət və gəlir də nəzərə alınmalıdır. Brend malların “Black Friday” kampaniyasına aidiyyəti yoxdur. Çünki onların gömrük xərcləri, saxlanma xərcləri, logistika və gələcək mənfəət hesablamaları var”.

Marketoloqun fikirincə, orta seqmentdə  türk malları gətirən mağazaların “Black Friday” etməsi gülməlidir:

 “Çünki həmin mağazalarda ilboyu endirim olur. Ümumiyyətlə,  bizdə endirim sistemi belə qurulub: ilin əvvəlində qiymətləri 50–60 faiz qaldırırlar, sonra yavaş-yavaş guya endirim edirmiş kimi aşağı salırlar. Bu da olur endirim. 

Azərbaycanda indiki halda “Black Friday” deyilən real endirim anlayışı yoxdur. Təbii ki, biz də istəyərdik ki, olsun. Amma hər şey alıcılıq qabiliyyətindən asılıdır”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri