Icma.az
close
up
RU
Black Terra torpaqların dirçəlişi və yeni aqrar gələcəyə doğru atılan addımdır

Black Terra torpaqların dirçəlişi və yeni aqrar gələcəyə doğru atılan addımdır

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün "CARCAS" - Xəzər Regionunun Aqrar Tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə "AzChemCo" MMC və "AQRIBIOEKOTEX" MMC arasında əməkdaşlığın təməli qoyuldu. Bu partyorluq nəticəsində "AzChemCo" özünün yeni - "Black Terra" brendinin təsis edilməsinə start verib.

Oxu.Az xəbər verir ki, torpaqların bərpası və zənginləşdirilməsi ideyasını təcəssüm etdirən bu brend, üzvi materiallar, faydalı bakteriyalar, biohumus və torf vasitəsilə əkin üçün yararsız torpaqları yüksəkkateqoriyalı münbit torpaq səviyyəsinədək çatdıracaq. Hər iki şirkətin "know how" texnologiyalarından istifadə etməklə, Azərbaycan və dünya bazarlarına yeni məhsullar təqdim olunacaq.

Mikrobioloji preparatlar və təbii maddələrdən istifadə ediləcək istehsalat sahəsinin açılış mərasimində "CARCAS" Mərkəzinin Müşahidə Şurasının sədri Rifat Sultan-zadə, "AQRIBIOEKOTEX" MMC-nin direktoru Elmar Əlizadə, "AzChemCo" MMC-nin aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi, dosent Azad Kərimov, "AzChemCo" MMC-nin biznesin inkişafı departamentinin rəhbəri Ülvi Bədəlov, "AzChemCo" MMC-nin istehsalat müəssisəsinin rəhbəri Vuqar İbrahimov və digər təşkilatların nümayəndələri iştirak etdilər. Torpağın rəmzi hazırlanması prosesində iştirak edən qonaqlar media nümayəndələri ilə təəssüratlarını bölüşdülər:

Rifat Sultan-zadə: "Uzun illərdir unikal gübrələrin istehsalı ilə məşğul olan "AzChemCo" torpaqların bərpası sahəsində dəyərli təcrübəyə malikdir. Sevindirici haldır ki, fəlsəfəmizi bölüşən şirkətlərdən biri "AQRIBIOEKOTEX" MMC-dir. Texnologiyalarımızı birləşdirərək, torpaqların qorunması və bərpası ideyamızı həyata keçirəcəyik. Bu gün bütün dünyada ən prioritet məsələlərdən biri münbit torpaqların və su ehtiyatlarının qorunması və səmərəli istifadəsidir. Bilirsiniz ki, Abşeron yarımadasında münbit torpaqlara ciddi ehtiyac vardır. "CARCAS" Mərkəzinin dəstəyi ilə yaradılan bu əməkdaşlıq böyük perspektivə malikdir. Biz, "CARCAS" olaraq, bu layihənin reallaşması üçün hərtərəfli dəstək göstərməyə hazırıq. Bu lahiyə strateji təhlükəsizlik məsələsinə aiddir. Bu səbəbdən platformamızın əməkdaşlıq, dəstək, təcrübə və bilik mübadiləsi üçün peşəkarların seçdiyi məkana çevrilməsi bizi sevindirir".

Elmar Əlizadə: "Mikrobioloji preparatlar ekoloji cəhətdən təmiz məhsuldur. Bitkiçilikdə yüksək nəticələr əldə edən şirkətimiz həmçinin biohumus istehsalı üçün qabaqcıl biotexnoloji vasitələr istehsal edir. Faydalı bakteriyalar torpaq və bitkilər üçün ən yüksək nəticələri göstərir. Bu gün "Black Terra" brendinin əsası qoyulur və bu cür faydalı və texnoloji cəhətdən qabaqcıl Azərbaycan brendinin yaranması bizi sevindirir. Münbit, canlı, faydalı, bitkilər üçün lazım olan bütün maddələrlə zəngin torpaq hər kəsə lazımdır. Əmək, istək və təcrübəmizi birləşdirərək, bu sahədə əməkdaşlıq edəcəyik".

Azad Kərimov: "Abşeron yarımadasında mexaniki tərkibi müxtəlif olan boz-qonur torpaqlar - qumlu torpaqlardan ağır gillicəyə qədər üstünlük təşkil edir. Ümumilikdə, yarımadanın torpaqları ölkəmizdə makro, mikroelementlər və humus baxımından ən məhrum olan torpaqlardandır ki, bu da münbitliyin aşağı olmasına gətirir. Münbit torpaq qatının başqa yerlərdən Abşeron yarımadasına gətirilməsi də praktiki deyil, çünki bu, torpağın götürüldüyü ərazilərə ziyan vurulur və ekosistemin ekoloji tarazlığı pozulur. Torpaq örtüyü vətənimizin sərvətidir və onun toplanması, daşınması bu fəaliyyətin səmərəliyinə dair suallar yaradır. Yarımadanın öz torpaqlarını zənginləşdirmək lazımdır. Bu ideyanı münbitliyi aşağı olan digər bölgələrə, hətta digər ölkələrə də tətbiq edək. Dünyanın bir çox ölkələrində torpağın zənginləşdirilməsi vasitələri və münbit torpaq ən çox tələb olunan məhsullar siyahısındadır. Yaxın vaxtlarda münbit torpaq axtaran müştərilərimizə hazır və kompleks həllər təqdim edəcəyik. Bundan əlavə, "AzChemCo" və "AQRIBIOEKOTEX" yerli və dünya bazarına peşəkarlar və yaşıl hobbi həvəskarları üçün əlverişli, yüksək nəticə verən, ən qabaqcıl və təhlükəsiz texnologiyalarla hazırlanmış məhsullar təqdim edəcək. "Black Terra" dekorativ bağçılıq üçün də çox maraqlı olacaq. Kiçik dibçəklərdən tutmuş böyük sahələrdə "Black Terra" öz unikallığını nümayiş edəcək".

Ülvi Bədəlov: "Dəstəyə görə "CARCAS" Mərkəzinə təşəkkür edirik. "AQRIBIOEKOTEX" kimi tərəfdaşla əməkdaşlıq bizi sevindirir. Bu gündən etibarən texniki və istehsalat məsələlərinin həllinə başlayırıq. "Black Terra" münbit torpaq çatışmazlığının həllinə kompleks, yüksək texnoloji və eyni zamanda əlçatan yanaşmanı nəzərdə tutur. Əminəm ki, yaxın vaxtlarda yeni məhsul xəttimiz bazara çıxanda müştərilərimiz təqdim etdiyimiz həllərin keyfiyyətinə şahid olacaqlar. Biz aparıcı mütəxəssislərlə əməkdaşlıq edirik və daim çoxsaylı sınaqlar keçirir, yeni texnologiyalar tətbiq edirik. Strateji məqsədimiz "Black Terra"nı qlobal brendə çevirməkdir".

Посмотреть эту публикацию в Instagram

Публикация от Carcas (@carcascenter)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:376
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Avqust 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri