Icma.az
close
up
RU
Menu

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

Tramp Kiyevi sülhə məcbur etməməlidir Rutte

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

Azərbaycan Bakı Tbilisi Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir

Qədim Mesopotamiya mətbəxinin sirləri: 4 min illik yemək reseptlərinin şifrələri açıldı

“Şimal axını na aid 25 milyon avroluq borular Almaniyada saxlanılır

Netflix in rəhbəri Hollivudun xilaskarını açıqladı

Blinkenin danışıqlar təşəbbüsü, yoxsa pozuculuq?

Blinkenin danışıqlar təşəbbüsü, yoxsa pozuculuq?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəqin, xəbəriniz var ki, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken ATƏT Xarici İşlər Şurasının Maltadakı iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək istəyib, amma görüş alınmayıb. APA-nın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Azərbaycan tərəfi Blinkenin təşəbbüsünə qarşı çıxıb. Ermənistan XİN isə bildirib ki, İrəvan Birləşmiş Ştatlar rəsmisinin təklifini qəbul edib. Buradan çıxan nəticə nədir? Ermənistan danışıqlar arzusundadır, konstruktivdir, Azərbaycan isə yox. Hər halda, birinci tərəfin tez-bazar məlumat hazırlayıb razılıq ifadə etməsi bunu söyləməyə əsas verir. Ancaq...

Rəsmi İrəvanın kiçik manevrlərlə böyük xal qazanmaq istəyi indinin söhbəti deyil. Ermənistan ötən dörd ildə dəfələrlə belə mənasız gedişlər edib, guya, diplomatik səriştə göstərib. Halbuki, yanaşmanın yanlışlığı gün kimi aydındır. Çünki hər hərəkətdə bir prinsip olmalıdır. Prinsip Azərbaycanı gözdən salmaqdırsa və erməni tərəfi ötən müddətdə bunun qeyri-mümkünlüyünü anlamayıbsa, deməli, ölkənin siyasi sistemi dərin böhrandadır. Əslində, bunu sübuta yetirmək üçün çoxsaylı digər məqamlar da var. Bu, öz yerində.

Blinkenin Azərbaycan və Ermənistan XİN rəhbərlərini eyni masa ətrafında əyləşdirmək istəyi bir neçə cəhətdən doğru deyil. Axı ABŞ Dövlət katibinin indiyədək belə təşəbbüsləri az olmayıb və onların heç biri fayda verməyib. Ona görə fayda verməyib ki, birincisi, Birləşmiş Ştatlar sırf görüntüyə güc verib. Çalışıb ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirməsi ictimai rəydə Vaşinqtonun Cənubi Qafqaz müstəvisində aktivləşməsi kimi qəbul olunsun. Bu aktivləşmənin anti-Rusiya ritorikasına söykəndiyi aydındır.

İkincisi, ABŞ-nin danışıqlar təşəbbüsü kollektiv Qərbin vasitəçiliyi kontekstində olub. Sadəcə, Ağ Ev bir qədər fərqli metod seçib. Özünü Qərbin digər seqmentlərindən, məsələn, Avropa İttifaqından daha üstün tutmaq istəyib. Yəni, burada da müəyyən rəqabət elementləri hiss olunub. Üçüncüsü isə Birləşmiş Ştatlar birbaşa Ermənistanın tərəfində dayanıb. Blinken Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirməklə, rəsmi Bakıya nəyisə, yaxud nələrisə qəbul etdirmək məramı güdüb. Dövlət katibinin hər səmərəsiz vasitəçilik missiyasından sonra Amerikada güclənən anti-Azərbaycan kampaniyası bunu söyləməyə əsas verir. Deməli, ABŞ Bakı ilə təzyiq dili ilə danışmaq istəyib.

Bəli, Bayden Administrasiyası Azərbaycana qarşı ədalətsiz, qərəzli siyasət yürüdüb və mövcud tendensiya özünü ən ağlasığmaz şəkildə göstərib. Bu baxımdan A.Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın dediklərini yada salaq. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməməsi səbəbindən ölkəmizin Naxçıvana yolun İrandan keçməsi təşəbbüsündən söz açan C.O'Brayn, az qala, hədə-qorxu gəlmişdi. O, sözügedən yolun Ermənistandan deyil, İran İslam respublikasından keçəcəyi təqdirdə, Vaşinqtonun Bakı ilə əlaqələrə yenidən baxacağını bildirmiş, elə təsəvvür formalaşdırmışdı ki, sanki, heç nə əvvəlki kimi olmayacaq. Habelə, Blinkenin köməkçisinin ifasında Azərbaycanın öz mövqeyini qətiləşdirməli olduğuna, guya, Birləşmiş Ştatların ölkəmizə vaxt verdiyinə dair “kovboysayağı” musiqinin sədalarını eşitmişdik.

Eyni zamanda, onu da bildirməliyik ki, hər dəfə Blinken Azərbaycan və Ermənistan XİN rəhbərlərinin heç bir nəticəsi olmayan görüşünü təşkil edəndən sonra ABŞ-nin ermənipərəst konqresmenlərinin və senatorlarının “düymələrinin basıldığını” görmüşük. Bu şəxslərin bütün etik dəyər və prinsipləri aşdıqlarını da həmçinin.

Məsələn, Bayden Administrasiyası dövründə, konkret olaraq, 2024-cü ilin fevralında ermənipərəst senatorlar Ed Marki və Bill Kessidi Konqresə Xarici Yardım Aktının 502B(c)-ci bəndinə əsasən, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb edən qətnamə layihəsi çıxarmışdılar. Ümumən, bu layihə Birləşmiş Ştatlara istənilən ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı məlumat tələb etmək, həmin ölkəyə təhlükəsizlik sahəsində yardımı azaltmaq və ya tamamilə dayandırmaq imkanı verir. Məsələnin imperialist mahiyyəti isə budur: Alınan məlumatlar əsasında ABŞ-nin hesabatı aparılan ölkəyə təhlükəsizlik yardımı dayandırılır, sanki İlahinin lütfi həmin ölkəni tərk edir. Belə çıxır ki, ərazi bütövlüyü və suverenlik məsələsi ikinci plana keçir, hətta əhəmiyyətsizləşir. Yəni, ABŞ təhlükəsizlik dəstəyini dayandırırsa, ölkə, bir növ, havada qalır. Ona kim istəsə, hücum edə bilər. Ən başlıcası isə məsələ Vaşinqton tərəfindən leqal qiymətləndiriləcək.

Burada haşiyə çıxaq ki, Xarici Dəstək Aktının 502B(c) bəndi ABŞ hökumətini bey-nəlxalq səviyyədə tanınmış insan haqlarını kobud şəkildə pozan hansısa ölkəyə Birləşmiş Ştatların təhlükəsizlik dəstəyini qadağan edən, lakin təcrübədə istifadə olunmayan qanundur. ABŞ-də heç bir məna daşımayan qanunlar külliyyəti istənilən qədərdir. Həmin sənədlər sırf mühafizəkar yanaşma məntiqi ilə qanunvericilikdən çıxarılmır. Bilavasitə Xarici Dəstək Aktının 502B(c)-ci bəndinə gəlincə, sənəd 1976-cı ildən bəri tətbiq edilmir. Həyasızlığa baxın ki, onu Azərbaycanın üzərində dövriyyəyə gətirmək planları qurulub.

***

ABŞ-nin anti-Azərbaycan ritorikası ilə bağlı daha bir məqama keçid alaq. Prezident İlham Əliyev bu il okytabrın 4-də Cəbrayıl sakinləri ilə görüşündə demişdi: “Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir? Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz – Cəbrayılın sakinləri”.

Bəli, dövlətimizin başçısı bu fikirləri əbəs yerə dilə gətirməyib. Qarabağdakı separatçı rejimin təmsilçilərinin ABŞ Konqresinə dəvət edilmələrini, qurumda “Dağlıq Qarabağın süqutu”na həsr olunmuş tədbirin düzənlənməsini, Birləşmiş Ştatların hökumət, parlament və vətəndaş cəmiyyəti institutlarının Qarabağdan köç etmiş ermənilərə dəstək xarakterli çoxsaylı təşəbbüslərini görmüşük. Üstəlik, ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyinin – USAID-in rəhbəri Samanta Pauerin “ermənilərin Qarabağdan kütləvi köçü”nə dair bəyanatı və ümumən agentliyin Ermənistan təəssübü var. Sıraya ABŞ-nin aparıcı piar şirkətlərinin Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb olunmasını da əlavə etmək mümkündür.

Konqresmen Adam Şiff və həmkarları tərəfindən irəli sürülmüş 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı” isə ayrıca vurğulanmalı mövzudur. Sözügedən qanunvericilik təşəbbüsü ABŞ-dəki Azərbaycan aktivlərinin müsadirəsini və həmin vəsait hesabına Qarabağın erməni əhalisinə yardım göstərilməsini nəzərdə tuturdu. Aydındır ki, söhbət sadə ermənilərə köməkdən getmirdi. Məsələ Vaşinqtonun Bakıya təxminən belə bir şantajı üzərində idi: Sizin pulunuzla Ermənistanı silahlandırıb üstünüzə salarıq.

***

ABŞ-nin Azərbaycana qarşı ədalətsizliyinin tarixi “örnəyi” də var. “Azadlığa dəstək aktı”na məlum 907-ci düzəlişini nəzərdə tuturuq. Düşünün ki, Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədir, Şuşanın, Laçının işğalını həyata keçirir, ABŞ İrəvana deyil, Bakıya sanksiya tətbiq edir və uzun müddət bu sanksiyanı qüvvədə saxlayır. Nəticədə Azərbaycan Vaşinqtonun birbaşa yardımından məhrum olur. BMT-nin torpaqlarımızın işğalı ilə bağlı dörd qətnaməsi də Ağ evi tutduğu ermənipərəst mövqeyindən daşındırmır. Bu yerdə mövcud məqama Prezident İlham Əliyevin ətraflı izahını diqqətə çatdıraq: “Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, – bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür”.

***

Bəli, tam əminliklə demək mümkündür ki, ABŞ, konkret desək, Bayden Administrasiyası bütün bunlara görə Azərbaycan və Ermənistan arasında hansısa şəkildə vasitəçilik etmək şansını tamamilə itirib. Bir məqam da var ki, ümumən, Bakı–İrəvan münasibətlərinin nizamlanmasında vasitəçilik institutu tarixin arxivindədir. Hazırda ikitərəfli danışıqlar prioritet təşkil etməkdədir. Azərbaycan bunu əsas götürür, Ermənistan isə sülh gündəmi ilə manipulyasiyanı. Ölkənin XİN-nin Blinkenin görüş təklifinə müsbət yanaşan açıqlaması da məhz manipulyativ yanaşmadan qaynaqlanır.

Sonda bir məqamı da vurğulayaq ki, Bayden Administrasiyasının ömrünə az qalıb. Birləşmiş Ştatlarda ötən ay keçirilmiş prezident seçkilərində Donald Tramp qalib gəlib və o, gələn ilin yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayacaq. Belə görünür, hazırda hakimiyyətdə olan Bayden Administrasiyasının bütün işi-gücü Trampın prezidentliyi üçün problemlər miras qoymaqdır. Yəni, ortada şizofren yanaşma var. Rusiya–Ukrayna müharibəsinin daha fərqli, tam gərgin fazaya daxil olması, Yaxın Şərqdə yaşananlar fikrimizin təsdiqidir. Həm bunu, həm də vurğuladığımız ayrı-ayrı məqamları ümumiləşdirərək, belə qənaətə gəlmək mümkündür ki, Blinken Azərbaycan və Ermənistan arasında danışıqların keçirməsinə nail olmaqla, dağıdıcı ritorikanı Cənubi Qafqaz müstəvisinə çıxarmaq yolunda addım atmaq istəyib. Deməli, bu istəyinə çata bilməyib.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see156

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see154

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see152

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see144

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see128

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see127

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see127

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see125

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see123

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

24 Aprel 2025 11:16see121

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see117

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

24 Aprel 2025 06:33see116

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

25 Aprel 2025 10:53see116

Tramp Kiyevi sülhə məcbur etməməlidir Rutte

24 Aprel 2025 18:15see116

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

24 Aprel 2025 03:03see115

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

24 Aprel 2025 18:14see113

Azərbaycan Bakı Tbilisi Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir

24 Aprel 2025 13:20see113

Qədim Mesopotamiya mətbəxinin sirləri: 4 min illik yemək reseptlərinin şifrələri açıldı

24 Aprel 2025 08:21see113

“Şimal axını na aid 25 milyon avroluq borular Almaniyada saxlanılır

24 Aprel 2025 06:15see110

Netflix in rəhbəri Hollivudun xilaskarını açıqladı

25 Aprel 2025 03:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri