Icma.az
close
up
RU
ABŞ İvanişvili ilə məxfi danışıqlar aparır: Blinkenin köməkçisindən sensasion etiraf

ABŞ İvanişvili ilə məxfi danışıqlar aparır: Blinkenin köməkçisindən sensasion etiraf

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ dövlət katibinin köməkçisi, departamentin insan hüquqları üzrə baş nümayəndəsi Dafna Rand “Turan” İnformasiya Agentliyinə müsahibəsində bir çox maraqlı məqamlara toxunub. 

Globalinfo.az xəbər verir ki, o, jurnalist Aleks Raufoğlunun ünvanlandığı suallara maraqlı və həm də ziddiyyətli cavablar verib. Dafna Randın ən ziddiyyətli fikirləri Gürcüstanla bağlı suala cavabında görünür.

Blinkenin köməkçisi jurnalistin Gürcüstanla bağlı sualına cavabında kifayət qədər ziqzaqvarı mövqe sərgiləyib. Konkret rəy bildirməkdən yayınıb. Məsələn, “İvanişviliyə qarşı sanksiyalar barədə soruşmaq istəyirəm. ABŞ-ın bunu etməsinə mane olan bir şey varmı” sualına xanım Rand belə cavab verib:

“Bu, ən yüksək səviyyədə müzakirə olunur və prezident Baydendən tutmuş katib Blinkenə qədər hər kəs Gürcüstanda baş verənləri böyük həyəcanla izləyir”.

“Gürcü Arzusu hökumətini Gürcüstanda qanuni hökumət kimi tanıyırsınızmı” sualına isə Dafna Randın cavabı əsl sensasiya sayıla bilər. Cavabı olduğu kimi təqdim edirik:

“Biz Gürcüstan hökuməti ilə işləyirik. Bu, bizim işlədiyimiz sistemdir. Biz bütün dünyada hökumətlərlə və razı qalmadığımız şəxslərlə, hakimiyyətə gəlişi bizi çox narahat edənlərlə işləyirik. Odur ki, demokratiyaya doğru yola qayıtmaq, bəzi seçki institutlarında və praktikada islahatlar aparmaq, xarici agentlər haqqında qanunu ləğv etmək, Gürcüstanda əvvəllər olduğu kimi, vətəndaş cəmiyyətinə daha çox yer vermək üçün Gürcü Arzusu ilə işləyirik. Hazırda biz yayınma, anomaliya görürük. İndi bizim missiyamız gürcü xalqının istəklərinə qayıtmaqdır”.

Göründüyü kimi, ABŞ hələ də hədəf seçdiyi və əleyhinə aksiyalar təşkil etdiyi Gürcü Arzusu hökumətini qeyri-legitim elan etməyib. Üstəlik, bu hökumətlə işlədiklərini də deyir. Bu isə ondan xəbər verir ki, Qərb Gürcüstanla bağlı gizli oyun içindədir. Görünür, Vaşinqton İvanişvili və komandası ilə məxfi danışıqları hələ davam etdirir. Bu danışıqların predmetinin, əsas hədəfinin heç də demokratiya olmadığı açıq görünür. Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri