Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Bloger cütlüyün reklam etdiyi şirkətdə milyonlar itirildi

Bloger cütlüyün reklam etdiyi şirkətdə milyonlar itirildi

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir müddət öncə evində ölü tapılan iş adamı Ali Akşunun şirkəti "AzeBirja"da onlarla insanın yüksək miqdarda pulu batıb. 

Bu barədə OLAY-a şikayət daxil olub. Məsələdə sözügedən MMC-ni reklam edən blogerlər Şərqiyyə və Alim Qafarlı cütlüyünün adı xüsusi qeyd olunub. İddia olunur ki, "Sharg.All" kimi tanınan blogerlər sosial şəbəkə hesablarında iki ildir ki, bu şirkəti reklam edərək insanları yatırım etməyə təşviq ediblər. 

Hətta hazırda vəziyyət elə həddə çatıb ki, zərərçəkənlər pullarının dərdini bir kənara qoyub, həmin cütlüyün cəzalandırılmasını tələb edir. 

Gəlin, məsələnin əvvəlinə qayıdaq. "Aze Bilişim Finance" MMC adlı şirkət 2022-ci ilin iyulunda fəaliyyətə başlayır. İlk vaxtlarda şirkətin instaqramda təxmini 200 izləyicisi olsa da, sözügedən cütlüyün reklamından sonra daha geniş kütləyə çatır. 

Zərərçəkənlərdən biri olan Ayşən Mamedova OLAY-a danışaraq bildirib ki, ötən iki il ərzində Şərqiyyə və Alim sözügedən şirkətdə heç bir saxtakarlıq olmadığını deyərək təbliğata davam edib:

"Onlara yazanları həmin şirkətə yönləndirirdilər. Yüksək yatırım edənləri şəxsən özlərinin qəbul edəcəyini deyirdilər. Öz sosial media güclərindən istifadə edib insanları  təşviq etdilər. Əlbəttə heç kimi zorla aparmayıblar, hər kəs özü investor olub, lakin bir çoxumuz onların səmimiyyətinə, gənc ailə olmasına inanıb əlimizdəki qazancı ora qoyduq. Həddən artıq çox pul qoyanlar var. 170 000, 200 000, 300 000 manatlıq yatırımlar mövcuddur. Hətta intihar həddinə çatanlar var. Bu proses zamanı iki hamilə qadın övladını itirdi. Onların araşdırmadan etdikləri reklam nəticəsində bu hadisələr baş verdi. Daha sonra bu şirkət pulları verməməyə başladı. Mənim pulum da batdı. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin verdiyi məlumata görə, 1200-dən çox investor var. Burada 15-20 milyon puldan söhbət gedir ki, ortada itdi, yandı. Ötən ilin 24 oktyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "AzeBirja" şirkətinin bütün işçilərini apardı. Halbuki Ali Akşun 24 oktyabrdan sonra pulları qaytaracağına dair söz vermişdi. Şəxsən mənə oktyabrın 29-u pulumu verəcəyini demişdi. Korrupsiya gəldi, 24-ü şirkəti bağladı. Sonra araşdırıldı, Ali Akşun dedi ki, hesab blokdadı, mənə vaxt verin, 45 gün ərzində bütün zərərçəkənlərin pulunu qaytaracam. Biz də gözlədik, sonra xəbər gəldi ki, hesab açılıb və pullar verilməyə başlayacaq. Dedilər ki, 15 dekabrdan etibarən pulları gəlib götürəcəksiniz. Nə təsadüfdürsə, 15 dekabrda şirkətin rəhbəri evində ölü tapıldı. Məlum deyil ki, öldürüldü, intihar etdi, ya intihara təşviq edildi. Nəticədə evində ölü tapıldı. Həmin gün bu blogerlər də orada idi, hətta zərərçəkənlərə xəsarət yetirdilər, iş polisə getdi Bu gün əsas şikayətimiz bu şəxslərdəndir ki, öz prestijlərindən istifadə edərək insanları belə təhlükəli şirkətə yatırım etməyə təşviq etdi". 

Zərərçəkənin sözlərinə görə, şirkət 2024-cü ilin mayından etibarən ödənişləri etməyib:

"Alim və Şərqiyyə cütlüyü avqustda bir paket paylaşdılar ki, 42 faizlik qazanc əldə edilir. İnsanlar hər şeyini o 42 faizlik qazanc olacağını dedikləri paketə qoşularaq şirkətə qoydu. Sən demə, iflas ediblərmiş, Ali Akşun pulları batırıb, heç kim bilmir. Alim Qafarlı şirkətin maliyyə problemini bilə-bilə insanları pul köçürməyə təşviq edib piramida yaratdılar. Şirkətin əvvəli necəydi, nə sistemdəydi bilinmir, deyilənə görə piramida deyilmiş. Lakin müflişləşdikdən sonra Alim və Şərqiyyə Qafarlı reklam edərək piramidaya çevirdilər. Hər kəs qazanc fikri ilə pullarını ora köçürdü. Şirkət o yatırımlardan cüzi hissəni əvvəlki investorlara köçürməyə başlayır. Bu da 200 manatlıq məbləğ idi. Şəxsən mən bütün pulumu çıxarmaq istəyəndə  200 manat olmaqla iki dəfə məxaric verdilər. Lakin bütün pulum orada batdı. Ali Akşun öldüyü üçün deyirlər ki, rəhbər ölüb, heç kimdən pul ala bilməzsiniz. Elə bir vəziyyətdəyik ki, şirkət batdığı üçün pulu da ala bilmirik. Sadəcə tək istəyimiz bu işdə əli olanlar cəzalandırılsın, haqq yerini tapsın ki, blogerlər də nəyi reklam etdiklərinə diqqət etsinlər". 

İddiaya görə, bu, mərhum Ali Akşunun ilk əməli deyil. Zərərçəkənin sözlərinə görə, şirkətin rəhbəri eyni tərzdə şirkəti Türkiyədə açır və 4 aylıq fəaliyyətdən sonra pulları götürüb Azərbaycana qaçır:

"Şərqiyyə və Alim cütlüyü saxtakar birinin reklamını etmiş olur ki, bu adam Türkiyədə işlərini böyüdə bilmir. Azərbaycan daha kiçik ölkədir, blogerlər tanınır deyə, hamı onlara güvənib pul yatırımı edir. Hadisə baş verdikdən sonra zərəçəkənlər Şərqiyyə Alim cütlüyünə yazır. Hamısına aqressiv cavab verirlər, bəzi skrinlər də var. Deyirlər, şirkətə niyə inanırdın, mənə inanardın, pulunu mənə verib, məndən tələb edərdin. Kobud və aqressiv şəkildə cavab verirlər. Özlərinin də zərərçəkən olduğunu deyirlər. Lakin eyni vəziyyətdə olsalar, bizim yanımızda olmalıdırlar, anlamalıdırlar ki, biz də zərərçəkənik. Şəxsən mənim orada qalan pulum 2950 manatdır. Amma daha çox yatırım edənlər var, 15-20 milyonluq məbləğ batıb".

Zərərçəkən bildirir ki, məsələ ilə bağlı polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.

Şikayətçilər tərəfindən təqdim olunan skrinlərdə və videolarda cütlüyün şirkəti davamlı olaraq reklam etdiklərini, insanları güvənilir olduğuna razı saldıqlarını görmək mümkündür. "AzeBirja"nın mərhum rəhbəri Ali Akşunla cütlüyün dostluq əlaqələri də iki ildə genişlənib. Məsələn, TikTok canlı yayımınında cütlüyə bahalı hədiyyələr göndərməsi ilə bağlı görüntülər, blogerlərin hər paylaşımlarında şirkəti işarə etməsinə dair sübutlar var. Gənc ailə yeni aldıqları maşınla bağlı videoda da "AzeBirja"nı işarələyib "Daha böyük uğurlara birlikdə" şərhini yazıblar.

Şirkətin iflasından sonra isə paylaşımdakı həmin hissəni siliblər. İlk vaxtlarda özlərinin də 20 min manata qədər pul köçürdüklərini və ordan 100-lərlə manat qazandıqlarını söyləyiblər. Onlar bir müddət sonra həm investor, həm də şirkətin işçisi olduqlarını qeyd edərək izləyiciləri daha da rahatlaşdırıblar.

Ali Akşunun ölümündən 3 gün sonra isə cütlük açıqlama yayıb:

"Son zamanlarda fəaliyyəti ilə bağlı müəyyən problemlər yaşanan Azebirja şirkəti haqda bəzi məsələlərə aydınlıq gətirmək istəyirik. İndiyədək susmağımızın səbəbi Azebirja şirkətinin rəhbəri Ali Akşuna olan güvənimiz idi. Bir çoxunuzun bildiyi kimi Ali Akşun 15.12.2024 tarixində dünyasını dəyişib. Şəxsən bizim və bir çox digər müştərilərin şikayət və gözləntiləri Ali Akşundan olduğu üçün kütləvi açıqlama vermirdik. Və bu gündən etibarən bizə qarşı olan haqsız qaralama, suçlama və təhdidlərə qarşı susmayacağıq. Sosial mediadakı aktiv fəaliyyətimizdən dolayı 2022-ci ildə şirkətin reklam işləri üzrə öhdəlik daşıyan 3-cü şəxs (N.Z) tərəfindən bizə müraciət olunub. Bunun ardınca rəhbər Ali Akşun və şirkətin fəaliyyətini təsdiqləyən sənədlərlə tanış olduqdan sonra həm reklam təklifini qəbul etmiş, həm də şirkətə borc verənlərdən biri olmuşuq. 2022-ci ildən bəri şirkətin müştərilərə fəaliyyəti ilə bağlı hər hansı problem yaşanmamışdır.

2024-cü il yay aylarından ödənişin gecikmə problemləri yaşandığı üçün reklam fəaliyyətimizi dayandırmış, bundan sonrakı paylaşımlarımızın məzmunu yalnız müştərilərin istəyinə əsasən olmuşdur: müştərilərin istəyi ilə şirkətdə görüş günü təyin edilmiş, problemin səbəbi ilə bağlı şirkət rəhbərliyi və əməkdaşları tərəfindən müştərilər məlumatlandırılmışdır. 24.10.2024 tarixindən şirkətin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sənədlər araşdırılmağa başlanmışdır. Şəxsən biz də fəaliyyətimizi sübut edən sənədləri təqdim etmişik. Hüquq qarşısında hər zaman cavab verməyə hazırıq. Bu ərəfədə şirkətin fəaliyyəti ilə bağlı hər hansı qeyri-rəsmilik açıqlanmamış, Ali Akşuna problemi həll etməsi üçün möhlət verilmişdir. Azebirja ilə bağlı fəaliyyətimiz yalnız reklam işi üzrə olub. Hazırda Ali Akşun dünyasını dəyişdiyi üçün kütlə tərəfindən təhdid və təhqirlərə məruz qalırıq. Adımıza və iş həyatımıza qarşı qaralama kampaniyası başladılıb. Bütün bunları təsdiq edən sübutlar var. Bunlarla yanaşı həm öz yaşayış ünvanımız, həm də valideynlərimizin yaşayış ünvanını aşkar edib hədə-qorxu gəlirlər. Hazırda Qafarlı Şərqiyyə zərərçəkən olduğunu iddia edən şəxs tərəfindən aldığı xəsarətdən dolayı sağlamlığı ilə bağlı problem yaşayır. Bu zaman çərçivəsində həm maddi, həm mənəvi zərərçəkənlərdən olduq. Biz dövlət orqanlarımızın araşdırmasına güvənərək Ali Akşun tərəfindən problemin aradan qalxması ilə şirkətin fəaliyyətini bərpa etməsini gözlədikcə və səbrli olub, insanları anlayaraq çıxış yolu axtarmağa çalışdıqca bizə qarşı olunan şiddət artmağa davam edirdi. Amma artıq bunun qarşısının rəsmi formada alınması üçün lazım olan bütün hüquqi addımları atdığımızdan əmin ola bilərsiz. Bu işdə əli olan hər kəs məsuliyyət daşıyır. Kimliyindən asılı olmayaraq hüquq qarşısında cavab verəcəksiniz".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:475
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri