Blogerlər reklama görə vergi ödəyəcək
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Reklam haqqında” qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək.
Lent.az-ın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, rəqəmsal platforma təsirçisi reklam subyektləri sırasına daxil edilir.
Qeyd edək ki, rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur.
Rəqəmsal platforma təsirçisi sırasına blogerlər və s. daxildir./APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 04 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















