Blogerləri tənqid etdi “Azərbaycan dili öyrənin“
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
ABŞ-yə köçən keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkədə rus dilində danışan azərbaycanlı blogerləri tənqid edib.
Axşam.az xəbər verir ki, ad çəkməyən Günel bir blogerin rus dilində belə qeyri-səlis danışdığını bildirib. O, bəzi blogerlərin Azərbaycan dilində də düzgün danışmadığını qeyd edib:
“Guya rusdillidirlər, Azərbaycan dilində danışmağa cəhd edirlər. Qeyri-səlis nitqi ilə desən, rus dilində danış, normal danışa bilmirsən. Hansı dildə danışdığı bəşəriyyətə məlum deyil. Bu cür hallara ətim tökülür.
Xarici ölkədə yaşasan, orada doğulsan, Azərbaycan dilində danışmağa cəhd etsən, başadüşülən olar. Təqdir olunar ki, öyrənməyə çalışırsan. Belə blogerlər son vaxtlar qarşıma çox çıxır. Təəccüblənirəm ki, Azərbaycan dilində belə danışmaq dəbdir. Azərbaycanda yaşayırsınız, çörəyini yeyirsiniz, kontent yaradır, pul qazanırsınız, Azərbaycan dilini bu hala salırsınız.
Mən Amerikada yaşayıram, günlərlə Azərbaycan dilində danışmıram. Amma instaqramda nəsə çəkəndə özümü yığıram, məsuliyyət hiss edirəm. Ay blogerlər, əlinizə kitab alın, dilimizi öyrənin. Eybəcər rus dilləri ilə video düzəldirlər. Baxırlar, baxış sayı azdır, Azərbaycan dilində danışırlar. Kitab oxuyun, dilinizi inkişaf etdirin, müəllim tutun. Ağ edirsiniz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















