Icma.az
close
up
RU
Bloklar dağılır, damlar su axıdır “JEK”lər sakinlərdən yığdığı pulu hara XƏRCLƏYİR?

Bloklar dağılır, damlar su axıdır “JEK”lər sakinlərdən yığdığı pulu hara XƏRCLƏYİR?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bəzi yaşayış binalarında vəziyyət günü-gündən daha da ağırlaşır. İllərin köhnəldiyi, baxımsız qalan bu binaların blokları, dam örtükləri və pilləkənləri tamamilə yararsız hala düşüb. Hər gün yüzlərlə insanın istifadə etdiyi bu binalarda təhlükə göz qabağındadır. Sakinlər hər gün evlərinə girib-çıxarkən uçuq-sökük pilləkən və divarları, eləcə də nəmişlik içində olan bloklarda yaşamağa məcburdurlar.

Problem də ondadır ki, sakinlərin aylıq müəyyən məbləğlərdə ödənişlər etdiyi Mənzil İstismar Sahələri (JEK) tərəfindən təmir işləri aparılmır. Belə binalardan biri də Buzovna qəsəbəsi R.İmanov küçəsi, 32A ünvanında yerləşən yaşayış binasıdır. 

Sözügedən bina sakinləri Bizim.Media-ya müraciətlərində blokların və dam örtüklərinin yararsız vəziyyətdə olduğundan şikayıtləniblər.

Dediklərinə görə yağış yağanda damları su axıdır. Blokların divarları və pilləkənləri uçuq-sökük, nəmişlik içindədir. Dəfələrlə müracitlərinə baxmayaraq  aidiyyəti Mənzil İstismar Sahəsi binada heç bir təmir işi aparmır.

Bəs sakinlər aylıq ödəniş etdikləri halda müvafiq təmir işləri niyə aparılmır?

Bizim.Media mövzuyla bağlı söhbəti gedən binanın aid olduğu 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.

Birliyin baş mühəndisi Emin Hüseynov saytımıza açıqlamasında bildirib ki, ildə bir dəfə blokları, dam örtükləri əsaslı təmir olunacaq binaların siyahısı hazırlanır.

Müsahibimiz 3-4 il əvvəl sözügedən binanın da daxilində təmir aparıldığını desə də, sakinlərdən aldığımız məlumata görə illərdir ki, heç bir iş görülməyib. 

“O binalar 1960-1965-ci illərdə tikilən binalardır. Hamısını birdəfəlik təmir etmək olmur. İldə 3-5 bina təmir olunur. Qalan binalarda hər hansı bir problem yaranarsa, cari təmir işləri görülür, ancaq əsaslı olanda binadakı bloklar, dam örtükləri, fəsadlar təmir olunur”, - deyə Emin Hüseynov sözlərinə əlavə edib.

Bəs hazırda sözügedən qəsəbədə hansı binada təmir prosesi var?

“3 aya yaxındır ki, Buzovna qəsəbəsində Albalılıq massivində ikimərtəbəli, yeddimərtəbəli,  doqquzmərtəbəli , onbirmərtəbəli binalarda təmir aparılır. Binalar çoxdur, bunları birdəfəlik təmir etmək olmur, maliyyə tələb edir. Müəyyən edilmiş ardıcıllıqla əsaslı təmir olunacaq. Bu il 3 doqquzmərtəbəli bina təmir olunur. Gələcəkdə də hansı binaların təmiri deyilsə, başlanılacaq”.

Emin Hüseynov bina sakinlərin yığılan ödənişlərin hara xərcləndiri barədə də danışıb:

“Sakinlərdən alınan ödənişlə həyətlər sökülür, binaların damında , pilləkənlərdə, ümumistifadə yerlərində cari təmirlər aparılır. Bu vəsait işçilərin saxlanılmasına sərf olunur. Edilən ödənişlər də elə də böyük məbləğ deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 May 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri