Icma.az
close
up
RU
JEK lər vətəndaşın cibinə girir Qanunsuz ödənişlər hara gedir?

JEK lər vətəndaşın cibinə girir Qanunsuz ödənişlər hara gedir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"JEK"-lərin "ev pulu" adı ilə vətəndaşlardan yığdığı pullar narazılıq yaradır.

Bu vəsaitin hansı xidmətlərə görə toplandığı bəlli deyil. Çünki rəsmi kommunal xidmətlər sistemində belə bir ödəniş növü nəzərdə tutulmayıb. Amma "JEK"-lər vətəndaşlardan hələ də məcburi şəkildə pul tələb edir. Qeyd edək ki, söhbət yeni tikililərdən yox, köhnə, kooperativ binalardan gedir. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hazırda "JEK" adlanan qurumlar əsasən köhnə binalarda fəaliyyət göstərirlər.

Ekspertin sözlərinə görə, Mənzil Məcəlləsində açıq şəkildə nəzərdə tutulub ki, hər bir binanın sakinləri “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət” yaradıb binanı idarə edə bilərlər:

“Onların rəsmi adı Mənzil Kommunal İstismar Sahələridir (MKİS). Yeni qəbul olunan Mənzil Məcəlləsinə görə, artıq bu tip idarəetmə qurumları Azərbaycan qanunvericiliyində nəzərdə tutulmur. Köhnə binalar yeni qanunvericiliyə uyğun idarəetmə formaları yaratmayıblar. Ona görədə "JEK"-lərə heç kim toxunmur. Əhali isə əksər hallarda yeni Mənzil Məcəlləsindən xəbərsizdir. Halbuki onlar birləşərək “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət” (MMC) yarada və öz yaşadıqları binanı idarə edə bilərlər". 

Əgər belə bir idarəetmə qurumu yaradılmasa, bina avtomatik olaraq bələdiyyənin idarəsinə keçir:

"Hər bir halda  "JEK" adlanan qurumların bu idarəetməni həyata keçirməsi nəzərdə tutulmayıb. Onlar hamısı qeyri-qanunidir. Topladıqları vəsaitin bir hissəsini bələdiyyəyə əmlak vergisi kimi verirlər. Yəni hər bir mənzil, ümumi yaşayış sahəsi bələdiyyəyə illik təxminən 15-30 manat arası əmlak vergisi verir. Digər hissə isə tullantıların daşınması və liftlərin işləməsi xərclərinə yönəldilir. Bu xidmətləri hələlik "JEK"-lər həyata keçirsə də, fəaliyyətləri qanuni sayılmır”.

A.Nəsirli vurğulayıb ki, “ev pulu” yoxdur, amma “mənzilin xidmət pulu” var:

“"Ev pulu”nun adını düz demirlər, o, əslində xidmət haqqıdır. “Ev pulu” deyilən anlayış rəsmi sənədlərdə yoxdur. Onun doğru adı “mənzilin xidmət haqqı”dır. Bu xidmət haqqına isə lift, işıqlandırma, təmizlik, mühafizə və digər ümumi xidmətlər daxildir. Bu vəsaiti "JEK"-lər deyil, həmin binanın sakinləri tərəfindən yaradılmış MMC toplamalı və idarə etməlidir. Əgər MMC yoxdursa, bu işləri ya "JEK"-lər, ya da bələdiyyə həyata keçirir. Amma unutmaq olmaz ki, bu xidmətlər hər halda göstərilməlidir. Sadəcə olaraq, idarəetmənin forması və qanuniliyi fərqlidir”.

Ekspert qeyd edib ki, istər köhnə, istərsə də yeni binalarda sakinlər özləri MMC yaradaraq binanın idarəsini öz üzərlərinə götürməlidirlər: 

“Bu halda sakinlər xidmət haqqı ödəməklə binanın bütün ümumi ehtiyaclarını, tullantıların daşınması, həyətin işıqlandırılması, binanın cari təmirə ilə bağlı ehtiyaclarını və s. qarşılamalıdırlar. Məsələn, mən "Jurnalistlər binası"nda yaşayıram. 75 kvadratmetrlik mənzil üçün ayda 25 manat xidmət haqqı ödəyirik. Hər kvadratmetrə görə 35 qəpik hesablanır. Bu xidmət haqqına liftin işləməsi, suyun nasos vasitəsilə mənzillərə vurulması, mərtəbələrin təmizliyi üçün xadimə fəaliyyəti, ümumi su xərci, həyətin işıqlandırılması, mühafizə və tullantıların daşınması daxildir.

Bu xərclər “Müştərək Məhdud Məsuliyyətli Cəmiyyət”in üzərindədir və biz də hər ay o MMC-yə mənzilin xidmət haqqını köçürürük. Qeyd etmək lazımdır ki, bu xidmət haqqı ilə kommunal xidmətlər, yəni işıq, su, qaz pulu fərqli məsələdir və onlar ayrıca ödənilir. Onun həmin cəmiyyətə aidiyyəti yoxdur. Köhnə binalarda isə vəziyyət bir qədər fərqlidir. Orada mərkəzləşdirilmiş istilik sistemi mövcuddur və sakinlər qış aylarında istifadə etdikləri istiliyin pulunu birbaşa "JEK"-ə ödəyirlər. Bu da həmin binalarda MMC-nin yaradılmaması ilə bağlıdır. 

Şəhərdə elə mənzillər var ki, sahəsi 500 kvadratdır. Əlbəttə, onların xidmət haqqı daha böyükdür. Üstəlik bu, MMC ilə sakinin bağladığı müqavilədən asılıdır. Elə binalar var ki, orada isitmə-soyutma sistemi var, yəni ümumi bir kondisioner sistemi, havalandırması və s. var. Həmin  havalandırma sistemi ilə mənzil yayda sərinləşdirilir, qışda da qızdırılır. Ona görə də fərqli binalarda xidmət haqqı fərqlidir. Həm də  şəhərin mərkəzində daha prestijli xidmət təklif olunur”.

Akif Nəsirlinin sözlərinə görə, əhalinin böyük əksəriyyəti marifləndirilmədiyi üçün bunlardan xəbərsizdir, ancaq gec-tez bu olacaq:

“"JEK"-lərdə çalışan şəxslər isə öz işlərinin ömrünü uzatmaqdan ötrü bu məsələlərlə əhalini tanış etmirlər. Onların marağında deyil ki, sakinlər hüquqlarını bilsin və MMC yaratsın. Bu sahədə bir ictimai təşkilat da yoxdur ki, təlimat verisin, təbliğat aparsın. MMC yaradılması üçün Ədliyyə Nazirliyində rəsmi qeydiyyat aparılmalı, möhür və bank hesabı açılmalıdır. Bundan sonra bu qurum rəsmi şəkildə fəaliyyətə başlaya bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri