BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 8 oktyabr, AZƏRTAC
“Davamlı inkişaf siyasəti” adlı dərsliyi BMT olaraq çox faydalı hesab edirik. Bu kitab yalnız bir nəşr deyil, həm də gənclərin davamlı inkişaf məqsədləri, bu istiqamətdə əldə olunan nailiyyətlər və üzərində işlənməli olan məsələlər barədə məlumat əldə etmələri baxımından mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dərsliyin nəşri Azərbaycan hökumətinin Davamlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirir. Azərbaycan ölkədə davamlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atan ölkələrdən biridir və bu sahədə həyata keçirilməli tədbirləri müəyyən edən strategiyaya malikdir.
Dmitro Şlapaçenko qeyd edib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin icrası üzrə dörd Könüllü Milli Hesabat təqdim edən azsaylı ölkələrdən biridir: “Bu kitab da Azərbaycanda formalaşmış böyük ekosistemin bir hissəsidir. Artıq üç aydır Azərbaycandayam. Əlbəttə, bu, çox qısa müddətdir. İndiyədək gördüyüm odur ki, Azərbaycan hökuməti Birləşmiş Millətlər Təşkilatı ilə çox sıx əməkdaşlıq etmək niyyətindədir. Etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etmək şərəfinə nail olduğum zaman BMT-nin hökumətlə daha çox əməkdaşlıq edə biləcəyi sahələri də müzakirə etdik. BMT Günü də daxil olmaqla, bir sıra tədbirlər keçirməyi planlaşdırırıq. Strateji dialoq aparmaq məqsədilə hökumətlə birlikdə Qarabağa səfər etməyi nəzərdə tuturuq. Mənim üçün bu, çox strateji və vacib addımdır. Bundan əlavə, bir sıra mədəni tədbirlərin keçirilməsini planlaşdırırıq. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək istəyirik”.
Müxbir- Nərmin Muradzadə
Videooperator - Mir Rəsul Cəfərov
Fotoqraf - Nicat Haşımov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















