BMT Baş Assambleyası 2026 cı il Olimpiya Oyunları dövründə Olimpiya atəşkəsi haqqında qətnamə qəbul edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İtaliya tərəfindən təqdim olunmuş, Milan və Kortina-d’Ampetsoda keçiriləcək növbəti Qış Olimpiya Oyunları zamanı Olimpiya atəşkəsi ilə bağlı qətnamə qəbul edib. AZƏRTAC xəbər verir ki, RBK bu barədə ANSA agentliyinə istinadla məlumat yayıb.
2026-cı il Olimpiya Oyunları Təşkilat Komitəsinin prezidenti Covanni Malaqo qətnaməni təqdim edərkən bildirib: “Artan fikir ayrılıqları və münaqişələr dövründə idman və Olimpiya Oyunları ümid işığı ola, habelə rəqabət və ziddiyyətlərə alternativə çevrilə bilər”.
Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək Milan və Kortina-d’Ampetso şəhərlərində keçiriləcək.
Beynəlxalq Olimpiya Komitəsi sentyabrın 19-da bildirib ki, rusiyalı idmançılar Paris Olimpiadasındakı şərtlər altında 2026-cı il Oyunlarında iştirak edə biləcəklər. Bunun üçün idmançılar seçmə mərhələsini keçməli və xüsusi komissiyadan icazə almalıdırlar.
Olimpiya atəşkəsi ənənəsi qədim Yunanıstanda “ekexeriya” adı ilə tanınırdı və e.ə. VIII əsrdə yaranaraq Olimpiya Oyunlarının keçirilməsinin müqəddəs prinsipi hesab olunurdu. 1992-ci ildə Beynəlxalq Olimpiya Komitəsi bu ənənəni dirçəldərək bütün dövlətlərə olimpiya atəşkəsinə riayət etmələri üçün çağırış edib.
BMT Baş Assambleyasının qətnaməni qəbul etməsi idmanın və Olimpiya Oyunlarının sülhün möhkəmləndirilməsi və dövlətlər arasında dialoqun təşviqi vasitəsi kimi istifadəsi ideyasına beynəlxalq dəstəyin təsdiqi deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















