Icma.az
close
up
RU
BMT Baş katibi həftəsonu Bakıya gəlir

BMT Baş katibi həftəsonu Bakıya gəlir

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.

O, bildirib ki, Baş katib COP29-un açılışında çıxış edəcək:

“Baş katib çərşənbə axşamı COP29-un açılış mərasimində çıxış edəcək və dünya liderlərini fosil yanacaq istehsalını və istehlakını azaltmaq üçün səyləri artırmağa, ədalətli və effektiv razılığa gəlməyə çağıracaq. O, üzv ölkələri karbon bazarını inkişaf etdirməyə və digər tədbirlərlə yanaşı, bütövlükdə iqlimin maliyyələşdirilməsində əsaslı dəyişikliyə çağıracaq. Baş katib, həmçinin üzv dövlətləri 1,5 dərəcə ilə uyğunlaşmaq üçün milli töhfələri təqdim etməyə çağıracaq”.

S.Tremblay əlavə edib ki, Quterreş noyabrın 15-də G20 toplantısında iştirak etmək üçün Braziliyanın Rio-de-Janeyro şəhərinə gedəcək və COP29-un yekununda iştirak üçün yenidən Bakıya dönəcək.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri