Icma.az
close
up
RU
BMT baş katibi Trampa Qəzzaya görə xəbərdarlıq edib

BMT baş katibi Trampa Qəzzaya görə xəbərdarlıq edib

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BMT baş katibi Trampa Qəzzaya görə xəbərdarlıq edib.

BMT baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampı Qəzzada “etnik təmizləmə” planından çəkinməyə çağırıb.

AzPost “Reuters”a istinadən xəbər verir.

Xatırladaq ki, prezident Tramp fevralın 4-də İsrail baş naziri Netanyahu ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransı zamanı  qəzzalıların köçürülməsini və Qəzzaya ABŞ-nin nəzarət etməsini təklif edib.

“Həll yolları axtararkən problemi daha da ağırlaşdırmamalıyıq. Beynəlxalq hüququn əsaslarına sadiq qalmaq çox vacibdir. Hər hansı bir etnik təmizləmə formasından qaçmaq vacibdir”, – Quterreş BMT komitəsinin iclasında bildirib. “Biz “iki dövlətli” həlli təsdiq etməliyik”, – o əlavə edib.

Quterreş çıxışında Trampa Qəzzaya görə xəbərdarlıq edərək bildirib ki, dayanıqlı sülh “iki dövlətli” həllə doğru əhəmiyyətli, geri dönüşü olmayan və qalıcı irəliləyiş tələb edir. O deyib ki, bu sülh yolu işğalın sona çatmasını və müstəqil Fələstin dövlətinin yaradılmasını, Qəzzanın isə bu dövlətin ayrılmaz bir hissəsi kimi qəbul olunmasını təmin etməlidir.

BMT iki dövlətin – İsrail və Fələstinin təhlükəsiz və tanınmış sərhədlər daxilində yan-yana yaşamasını dəstəkləyir.

Xatırladaq ki, Demokrat konqresmen Al Qrin deyib ki, Trampın “Qəzzanı ələ keçirmək” təklifi etnik təmizləməyə bərabər olan “alçaq hərəkət”dir. AzPost xəbər verir ki, siyasətçi ABŞ Nümayəndələr Palatasında bildirib ki, Amerika dövlət başçısına qarşı “Qəzzanı ələ keçirmək” təklifinə görə impiçment ittihamları irəli sürür.

The Guardian yazır ki, Texas nümayəndəsi Al Qrin Trampın planını etnik təmizləməyə bərabər olan “alçaq hərəkət” adlandırıb.

Bu addım demokratların yeni inauqurasiya edilmiş Tramp administrasiyasına və onun bir çoxlarının çevriliş kimi qiymətləndirdiyi xaotik hakimiyyəti ələ keçirmə siyasətinə qarşı müqaviməti gücləndirdiyi bir vaxta təsadüf edir.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Fevral 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri