BMT də ABŞ İran danışıqları: Tehranın tələbləri və Vaşinqtonun reaksiyası
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində ABŞ və İranın yüksək səviyyəli nümayəndə heyətləri arasında Nyu-Yorkda birbaşa diplomatik təmas baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası və Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai rəsmi bəyanat yayıb.
İran XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, təmaslar Qətər tərəfindən ayrılan vasitəçilərin fəal iştirakı ilə baş tutub. Onun sözlərinə görə, təxminən üç saat davam edən geniş tərkibli görüşün əsas məqsədi Tehranın münaqişənin dayandırılması və Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü əsas şərtləri Vaşinqton administrasiyasına çatdırmaq olub.
Məlumata görə, görüşdə İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. İran tərəfi xüsusilə vurğulayıb ki, bu diplomatik görüş ABŞ rəsmilərinin israrlı müraciəti və tələbi nəticəsində təşkil edilib.
İran nümayəndə heyəti dəniz nəqliyyatının bərpası və hərbi əməliyyatların dayandırılması üçün Vaşinqton qarşısında aşağıdakı tələbləri irəli sürüb:
Müharibənin bütün regional cəbhələrdə dərhal dayandırılması;
ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasına və hücum xarakterli hərbi addımlara son qoyulması;
İrana qarşı yönəlmiş iqtisadi müharibənin dayandırılması;
Xaricdə dondurulmuş İran aktivlərinin tam azad edilməsi.
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda jurnalistlərə açıqlamasında amerikalı rəsmilərin İran nümayəndələri ilə keçirdiyi görüşü yüksək qiymətləndirib. Ağ Ev rəhbəri danışıqların “çox yaxşı və məhsuldar” keçdiyini bildirərək, yaxın günlərdə tərəflər arasında növbəti danışıqlar raundunun keçirilə biləcəyini anons edib.
ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff da görüşün konstruktiv keçdiyini və vasitəçilər vasitəsilə diplomatik təmasların davam etdiriləcəyini təsdiqləyib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















