Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

BMT də islahat: yeni dünya düzəni naminə mühüm zərurət

BMT də islahat: yeni dünya düzəni naminə mühüm zərurət

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev bunu çoxdan söyləmişdi, Antoniu Quterreş isə indi deyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı sonradan müəyyən mənada, zərbməsələ çevrilmiş “Dünya beşdən böyükdür” tarixi ifadəsini işlətmişdi. Bu ifadə günümüzdə də aktuallığını saxlamaqdadır və yazımızda mövzuya BMT-nin Baş katibi Antoniu Quterreşin bir neçə gün əvvəlki fikirləri kontekstində nəzər salacağıq.

Qardaş ölkə lideri dünyanın beşdən böyük olmasına dair düşüncəsini BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) beynəlxalq ictimaiyyəti təmsil etmədiyini qlobal ədalət və bərabərliyin təminatı naminə qurumda islahatların vacibliyini vurğulamaq məqsədilə dilə gətirmişdi. Bu tezis cənab Ərdoğanın sonrakı çıxışlarının da əsas istiqamətlərindən biri olmuş və dünya üçün daha ədalətli quruluş tələbinə söykənmişdi. O quruluş ki, ona ehtiyac hər zaman duyulmaqdadır. Hətta, bəşər yaranandan.

Bir haşiyə çıxaq ki, BMT 1945-ci ildə təsis ediləndə qurumda iştirakçı dövlətlərin sayı 50 olsa da, aparıcı qüvvə kimi sabiq SSRİ və ABŞ çıxış etmişdi. Təşkilat faşist Almaniyası üzərində qələbə qazanıldıqdan sonra dünya siyasətindəki prosesləri beynəlxalq hüquqa uyğun tənzimləmək məqsədilə formalaşdırılmışdı. Amma həmin dövrdə hansı faktora üstünlük veriləcəyinə dair fikir ayrılığı mövcud idi. Məsələn, Vaşinqton hesab edirdi ki, dünya iqtisadiyyatında inkişafa və tənzimlənməyə nail olmaq üçün qlobal sülhü və barışı təmin etmək mümkündür. SSRİ-də isə əksinə dünya miqyasında bilavasitə siyasəti tənzimləməyin daha perspektivli olduğu qənaəti rəhbər tutulurdu. Beləcə, ikiqütblü dünyanın təməli qoyulurdu ki, onun da ömrü SSRİ-nin süqutunadək sürdü. Əlbəttə, 1945-ci ildə start verilmiş “soyuq müharibə” dövrünün ziddiyyətləri də BMT-nin ədalət tribunası kimi özünü təsdiqləməsinə maneçilik törətdi. Sovetlər Birliyinin dağılmasından sonrakı ab-hava, eyni zamanda, qurumun, bir növ, alətə çevrilməsi də hər kəsin yaxşı xatirindədir və yazımız əsnasında bu sayaq məqamlar barədə də söz açacağıq.

Əlqərəz, BMT-də islahatların keçirilməsinə duyulan zərurət barədə Prezident İlham Əliyevin də dəyərli fikirləri var. Məlumdur ki, Azərbaycan 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına seçkilərdə böyük tarixi uğur əldə edərək, iki il müddətinə qurumun qeyri-dairimi üzvü olmuşdur. Prezident Əliyev həmin müddətə qiymət verərək bildirmişdi ki, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub. Azərbaycan mövcud statusda, həmçinin, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həlli, konfliktli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriyada, Əfqanıstanda və Afrikanın bir sıra dövlətlərində vəziyyətə müstəsna əhəmiyyət vermişdi. Bütün bu kimi fəaliyyətlərdə də islahat məntiqi ön planda dayanmışdı.

Ümumən, mövcud məntiq özündə BMT TŞ-nin qətnamələrinin icrasının təmin olunması üçün mexanizmlərin yaradılmasını, daimi və qeyri-daimi üzvlərin daha ədalətli təmsilçiliyini, Şuranın üzvlüyünün genişləndirilməsini, həmçinin qurumda qərarvermə proseslərinin şəffaflığı və məsuliyyətin artırılması, o cümlədən, veto hüququ kimi struktur üstünlüklərin daha məhdud və ədalətli istifadəsini ehtiva etmişdi.

Digər tərəfdən, dövlətimizin başçısı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə Azərbaycanın təşkilata sədrliyi zamanı prioritetlərini açıqlamış, qurumdakı fəaliyyətimizin tarixi Bandunq prinsipləri üzərində reallaşdırılacağını vurğulamış, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət, onların daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi məqamları ehtiva edən həmin prinsiplərin xarici siyasət prioritetlərimizlə üst-üstə düşdüyünü diqqətə çatdırmışdı.

Beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması naminə səylərin artırılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev BMT-də islahatlara ehtiyac məntiqini əsaslandırarkən, sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ərazi bütövlüyünün pozulmasının, daxili işlərə müdaxilənin yolverilməzliyini bildirmişdi. Dövlətimizin başçısı, eyni zamanda, dünya siyasətində ikili standartların mövcudluğundan, bəzi qətnamələrin uzun müddətdir icra olunmamasından bəhs etmiş və bunun BMT-nin legitimliyinə və etibarlılığına mənfi təsir göstərdiyini vurğulamışdı. Qeyd edək ki, həmin vaxt Azərbaycan lideri fikirlərini torpaqlarımızın Ermənistan tərəfindən işğalına biganəlik xüsusunda dilə gətirmişdi. Əslində, cənab Ərdoğan da BMT-dəki tarixi çıxışında dünyanın beşdən böyüklüyünü həm də beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinə ədalətsiz yanaşmasına etiraz olaraq bildirmişdi.

Prezident İlham Əliyev torpaqlarımızın işğalı və BMT-nin susqunluğu motivini sonrakı çıxışlarının da leytmotivinə çevirərək, qurumda islahatların zəruriliyini mövcud kontekstdən izah etmişdi. Bu mənada dövlətimizin başçısının 2021-ci il sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı da diqqət çəkməkdədir. Ölkəmizin lideri həmin çıxışı zamanı Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verməsi üçün BMT TŞ-də islahatlara çağırış səsləndirmişdi: “BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir”.

***

Sözümüzün canı ondadır ki, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin illərdir haqqında bəhs etdiyi məqamı BMT-nin Baş katibi cənab A.Quterreş indi daha qətiyyətli şəkildə diqqətə çatdırır. Təhlükəsizlik Şurasında islahatların məntiqliliyi üzərində dayanan baş katib, qurumun hazırkı tərkibinin müasir dünyaya uyğun olmadığını vurğulayır, həmin tərkibin 1945-ci ilin reallıqlarını əks etdirdiyini və bunun legitimlik və səmərəliliklə bağlı problemlər yaratdığını bildirir. A.Quterreş jurnalistlərə açıqlamasında Fransa və Böyük Britaniyanın xüsusən kütləvi insan hüquqları pozuntuları hallarındakı təkliflərinə, yəni, belə durumlarda veto hüququnun məhdudlaşdırılmasına simpatiya ilə yanaşdığını deyir.

Təhlükəsizlik Şurasında islahatların vacibliyini daim dilə gətirən ilk baş katib olduğunu diqqətə çatdıran A.Quterreşin sözlərinə görə, islahat məsələsində müəyyən irəliləyiş müşahidə olunur. “Artıq ciddi şəkildə çalışan bir komitə var və bir neçə ölkə, hətta daimi beşlikdən olan dövlətlər belə, Afrikanın daimi üzvlük hüququna malikliyinin lazım olduğunu etiraf ediblər”, - deyən baş katib islahat və veto hüququ ilə bağlı yekun qərarı yalnız üzv dövlətlərin qəbul edə biləcəyini də xatırladıb.

Bəli, dünya Azərbaycan və Türkiyə liderlərinin vaxtilə qaldırdığı vacib məsələlərə dair fikrini yalnız indi açıqlayır. Məsəl var ki, ayının min oyunu bir armudun başındadır. İndi bilmək olmaz, Quterreş nə üçün bu barədə söz açır. Ehtimal var ki, qarşıya “beşlik”dəki Rusiyanın oradan çıxdaş edilməsi məqsədi qoyulub. Amma daha vacib məsələ var ki, o da BMT-də islahatlara fundamental yanaşmadır. Söhbət siyasət pəncərəsindən baxılmayan, ümumbəşəri mahiyyət daşıyan yanaşmadan gedir. Fundamentallığın başlıca qayəsi idə BMT TŞ-nin qərarlarının kağız üzərində qalmamasıdır. Eynilə Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında bildirdiyi kimi.

Sözügedən konfransda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətə toxunan dövlətimizin başçısı bildirmişdi ki, konflikt təkcə regional deyil, qlobal məsələdir. “Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı”, - deyən Prezident Əliyev bütün bu kimi halların BMT-də və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirdiyini vurğulamışdı. Ölkəmizin lideri ritorik şəkildə onu da bildirmişdi ki, qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var: “Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır”.

Sonda onu da bildirək ki, A.Quterreşin haqqında söz açdığı islahat zərurətinin əməli iş müstəvisinə daşınıb-daşınmayacağını söyləmək çətindir. Bir başlıca məqam var ki, dünya 1945-ci ildəki dünya deyil və ona yeni yanaşmalara ehtiyac duyulur. Yanaşmaların strukturundan asılı olmayan daha bir mühüm məqam da var ki, o da niyyətdir. Yəni, dünyanın aparıcı dövlətləri, ilk növbədə, doğru-dürüst, səmimi niyyətə əsaslanmış fəaliyyətə üstünlük verməli, bəşəriyyətin gələcəyi naminə səmimiyyət nümayiş etdirməlidirlər. İslahat yalnız bu halda əsl islahat olacaq. Əks təqdirdə...

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri