BMT də islahat aparılmalıdır! Almaniyadan ÇAĞIRIŞ
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful BMT Təhlükəsizlik Şurasının artıq müasir dünyanı əks etdirmədiyini, Qlobal Cənub ölkələrinin rolunun artırılmasının vacib olduğunu hesab edir.
Modern.az xəbər verir ki, nazir DPA agentliyinə müsahibəsində Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səy göstərəcəyini bildirib: “Təhlükəsizlik Şurası 1945-ci ildən - müharibədən sonrakı dövrün deyil, XXI əsrin dünyasını əks etdirməlidir. Məhz buna görə biz xüsusilə Qlobal Cənubun bu qurumda daha güclü rol alması üçün ciddi çalışacağıq”.
Ölkəsinin BMT sisteminin fəal tərəfdarlarından olduğunu ifadə edən Y.Vadeful qurumun fəaliyyətinin sadələşdirilməsinin və çevikliyinin artırılmasının mümkünlüyünü vurğulayıb.
Qeyd edək ki, Almaniya bu ilin iyununda 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük uğrunda namizədliyini irəli sürəcək.
Baxış sayı:27
Bu xəbər 02 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















