Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

BMT də tarixi çıxış: Azərbaycan yeni qlobal reallığın mərkəzində ŞƏRH

BMT də tarixi çıxış: Azərbaycan yeni qlobal reallığın mərkəzində ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan beynəlxalq münasibətlər sistemində mühüm və fəal iştirakçılardan biri kimi çıxış edir. Dövlətimizin apardığı uğurlu, çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət xətti Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına şərait yaradır. Müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycan dünya birliyinə inteqrasiyaya böyük diqqət ayırıb, bir sıra beynəlxalq və regional təşkilatlarla məhsuldar əməkdaşlıq qurmağa nail olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov bildirib.

O qeyd edib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə münasibətləri xüsusilə önəmlidir. 1992-ci ildən etibarən bu qurumun üzvü olan Azərbaycan, təşkilatın əsas dəyərləri sülhün təmin olunması, təhlükəsizliyin qorunması, insan hüquqlarının müdafiəsi və davamlı inkişafın təşviqi istiqamətində fəal mövqe sərgiləyir. Ölkəmiz dəfələrlə BMT Baş Assambleyasının iclaslarında mühüm təşəbbüslərlə çıxış edib və beynəlxalq gündəlikdə olan aktual məsələlərlə bağlı aydın və prinsipial mövqe ortaya qoyub. Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyü məsələsi də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrdə öz əksini tapıb və beynəlxalq hüquq çərçivəsində dəstəklənib. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə etdiyi işgüzar səfər də ölkəmizin beynəlxalq arenadakı fəal mövqeyinin və diplomatik fəallığının bariz nümunəsi kimi yadda qaldı. Ölkə Prezidentinin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirakı və apardığı görüşlər Azərbaycanın beynəlxalq münasibətlərdə fəal rolunun və diplomatik nüfuzunun göstəricisidir.

“Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən rəsmi qəbulda ABŞ Prezidentinin dövlətimizin başçısı haqqında səsləndirdiyi xoş sözlər və dəyərli fikirlər Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzunun və qlobal liderlik keyfiyyətlərinin yüksək qiymətləndirildiyini nümayiş etdirdi. Bu fikirlər Azərbaycan liderinə və ölkəmizə göstərilən ehtiramın bariz təzahürü kimi yadda qaldı”, - deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı ilə Azərbaycanın qlobal siyasi proseslərdə tutduğu prinsipial mövqeyi və beynəlxalq münasibətlər sisteminə baxışını ortaya qoydu. Dövlətimizin başçısı çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin zəruriliyini vurğulamaqla yanaşı, regional və qlobal təhlükəsizlik, ədalətin bərpası və suveren dövlətlərin hüquqlarının qorunması istiqamətində Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi. Prezidentin bəyanatları, həmçinin postmünaqişə dövründə regionda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması baxımından mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyünü BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq bərpa etdiyini bəyan etdi. Prezident Ermənistanın etnik təmizləmə siyasəti, beynəlxalq qətnamələrin icrasız qalması və Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi barədə beynəlxalq ictimaiyyətə ciddi mesajlar verdi. Dövlətimizin başçısı postmünaqişə dövründə Azərbaycanın sülh təşəbbüsləri irəli sürdüyünü, Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret addımlar atdığını vurğuladı. Vaşinqtonda əldə olunmuş razılaşmalar və sülh müqaviləsinin paraflanması bu prosesin uğurlu nəticəsi kimi qiymətləndirildi. Prezident, həmçinin Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu, iqlim dəyişiklikləri ilə mübarizədə təşəbbüskarlığı və COP29-a ev sahibliyi ilə bağlı planları haqqında danışdı, ölkənin iqtisadi uğurlarını, azad olunmuş ərazilərdə aparılan bərpa işlərini və “Böyük Qayıdış” proqramının icrasını xüsusi vurğuladı.

“Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlər sistemində ikili standartlara son qoyulmasının vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla riayət edilməsinin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin təmin olunmasının qlobal sabitlik və ədalət üçün əsas şərt olduğunu vurğuladı. Prezident, həmçinin beynəlxalq təşkilatları vahid yanaşma sərgiləməyə çağıraraq, daha ədalətli və şəffaf beynəlxalq nizamın qurulmasına ehtiyac olduğunu bildirdi.

Beləliklə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində prinsipial, hüquqa əsaslanan və suverenliyə hörmət üzərində qurulmuş siyasətinin parlaq təcəssümü oldu. Bu çıxış təkcə ölkəmizin deyil, bütövlükdə ədalət axtaran dövlətlərin səsini beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycan liderinin ikili standartlara qarşı sərt mövqeyi, sülh və ədalətə çağırışları, yeni dünya düzənində güc deyil, hüququn əsas prinsip kimi qəbul edilməsinin vacibliyinə dair mesajı beynəlxalq tribunanın siyasi çəkisini daha da artırdı. Bu çıxış Azərbaycanın yüksələn geosiyasi mövqeyinin və qlobal proseslərə təsir imkanlarının növbəti təsdiqi kimi tarixə düşdü”, - deyən Emin Bağırov fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri