Icma.az
close
up
RU
BMT Əsədin törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirib

BMT Əsədin törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Təmin Əl-Kitan, Suriyanın devrilmiş lideri Bəşər Əsədin və ağır cinayətlər törətmiş ola biləcək hər kəsin məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

Əl-Kitan və BMT-nin Cenevrə ofisinin kommunikasiya direktoru Alessandra Vellucci BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr aparıblar.

Əl-Kitan suala cavab olaraq, "Əlbəttə, Bəşər Əsəd və keçmişdə və indiki dövrdə ağır cinayətlər törətmiş ola biləcək bütün şəxslər beynəlxalq insan haqları hüququ və ədalətli mühakimələrə uyğun olaraq cavab verməlidirlər. Bu, çox ciddi bir hadisədir",-deyə o, qeyd edib.

Suriyada Əsəd rejiminin devrilməsindən təxminən iki həftə sonra yüzlərlə məhbusun həbsxanalardan töküldüyünün görüntülərini gördüklərini ifadə edən Əl-Kitan, “Bəziləri günün işığını görməkdən xoşbəxtlik duyduqlarını ifadə edərkən, bəziləri illərlə işgəncə və qeyri-insani rəftar nəticəsində yaşadıqları şoka görə heç bir şəkildə özünü ifadə edə bilmir",-deyə vurğulayıb.

Suriyada bir çox insanın ailələrinin xəbəri olmadan illərdir nəzarətdə saxlanıldığını qeyd edən Əl-Kitan, illər sonra ilk dəfə bir-birini qucaqlayan insanların oğul və qızlarını tanımaqda çətinlik çəkdiyini göstərən təsirli səhnələr gördüklərini bildirib.

Mövsüm

Aznews.az


Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91

seeBaxış sayı:96
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri