Icma.az
close
up
RU
BMT gərginlikdən narahatdır

BMT gərginlikdən narahatdır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-nin Venesuela lideri Nikolas Maduronun rəhbərlik etdiyini iddia olunan “Cartel de los Soles” təşkilatını terror siyahısına əlavə etməsini “təktərəfli qərar” kimi qiymətləndirib.

Qurum iki ölkə arasındakı gərgin ritorikanı ciddi narahatlıqla izlədiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ABŞ-nin Venesuela Prezidenti Maduronu narkotik kartelinə rəhbərlik etdiyi iddiası ilə xarici terrorçular siyahısına daxil etməsi ilə bağlı Dujarrik deyib: “ABŞ tərəfindən təktərəfli verilmiş bu qərar barədə, bu etiketləmə ilə bağlı xüsusi mövqeyimiz yoxdur”.

Dujarrik əlavə edib: “Deyə bilərəm ki, xüsusilə ABŞ ilə Venesuela və Cənubi Karib hövzəsi arasındakı ümumi vəziyyəti və regional sabitliyi pozmaq riski daşıyan artan gərgin ritorikanı ciddi narahatlıqla izləyirik”.

BMT sözçüsü bütün üzv dövlətlərin və onların fəaliyyətlərinin BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə riayət etməsinin vacibliyini xatırladıb. O, Baş katib Antonio Quterreşin üzv dövlətləri dialoq imkanları yaratmağa və problemlərə sülh yolu ilə həll axtarışlarına qoşulmağa çağırdığını qeyd edib.

Xatırladaq ki, ABŞ Maduro və yüksək səviyyəli Venesuelalı rəsmilərin rəhbərlik etdiyini iddia etdiyi “Cartel de los Soles” cinayət təşkilatını dünən Xarici Terrorçu Təşkilatlar (FTÖ) siyahısına daxil etmişdi.

Venesuela isə ABŞ-nin bu addımını ölkəyə müdaxilə etmək üçün bəhanə yaratmaq cəhdi kimi qiymətləndirmişdi.

ABŞ-nin “narkotik qaçaqmalçılığı ilə mübarizə” məqsədilə göndərdiyi dünyanın ən böyük aviadaşıyıcısı USS Gerald R. Ford və hücum qrupunun Latın Amerikası bölgəsinə çatdığı bildirilmişdi.

Venesuela Prezidenti Maduro isə buna cavab olaraq ölkədə 4,5 milyonluq milis qüvvəsini səfərbər etdiyini və hər hansı hücumu dəf etməyə hazır olduğunu açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri