Icma.az
close
up
RU
BMT Hindistana çağırış etdi: “Siqhəsilli bloqer dərhal azad edilməlidir“

BMT Hindistana çağırış etdi: “Siqhəsilli bloqer dərhal azad edilməlidir“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT İnsan Hüquqları Şurasının ekspertləri Hindistanda uzun müddətdir qeyri-qanuni həbsdə saxlanılan Şotlandiya vətəndaşı siqhəsilli bloqer və insan hüquqları müdafiəçisi Caqtar Sinqh Cohalın həbsinin uzadılmasını psixoloji işgəncə kimi qiymətləndirildiyini və onun dərhal azad edilməsini tələb edən bəyanatla çıxış ediblər.

Moderator.az xəbər verir ki, Cohal 2017-ci ilin noyabr ayında həbs edilib. Ona sağçı hindu liderlərinə qarşı terror aktlarının planlanmasında iştirak etmək ittihamı irəli sürülüb.

İşgəncələrin qarşısının alınması sahəsində ixtisaslaşmış xüsusi məruzəçilər də daxil olmaqla, BMT-nin on müstəqil eksperti birgə bəyanatda onun "səkkiz ildən (3 089 gün) artıq müddətdir ki, azadlıqdan məhrum edildiyini və qeyri-qanuni həbsdə saxlanıldığını" vurğulayıb və məhkəmə işinin hələ də yekunlaşmadığını qeyd ediblər.

Qeyd edək ki, Caqtar Sinqh Cohal siqh icmasının fəal üzvü, bloqer və insan hüquqları müdafiəçisi olmaqla yanaşı, Hindistan dövlətinin siqh azlığına qarşı yürütdüyü siyasətin açıq tənqidçisi kimi tanınırdı. Onun fəaliyyəti əsasən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi sistemli zorakılıq aktlarını, dövlət səviyyəsində baş verdiyi insan hüquqları pozuntularını və etnik-dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq üzərində qurulmuşdu.

BMT İnsan Hüquqları Şurasının ekspertləri bildiriblər ki, Cohal saxlanıldığı ilk 10 gün ərzində nə ailə üzvləri, nə də vəkili ilə əlaqə saxlaya bilib. Onların sözlərinə görə, bu müddətdə o, Hindistan hüquq-mühafizə orqanları tərəfindən elektroşok da daxil olmaqla işgəncəyə, öldürülmə hədələrinə və digər qanunsuz rəftara məruz qalıb.

Bəyanatda qeyd olunur ki, Cohal 2025-ci ilin martında terrorçuluq ittihamı üzrə bəraət alsa da, hələ də həbsdə saxlanılır. Ekspertlər bunu təqsirsizlik prezumpsiyasına hörmətsizlik, eyni ittihamlar üzrə təkrar mühakimə və antiterror qanunvericiliyindən sui-istifadə kimi qiymətləndiriblər. Onlar, həmçinin Cohalın saxlanma şəraitinin pisləşdiyini, ailə görüşlərinin və gigiyena vasitələrinə çıxışın məhdudlaşdırıldığını, təkadamlıq kamerada saxlanıldığını bildiriblər.

Ekspertlər Hindistan hökumətini bütün əsassız ittihamları ləğv etməyə, Cohalı dərhal azad etməyə və işgəncə iddiaları üzrə müstəqil araşdırma aparmağa çağırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Aprel 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri