Icma.az
close
up
RU
Mövsümün son toxum sərgi satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Mövsümün son toxum sərgi satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

Kürdəmir rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mövsümün son toxum sərgi-satış yarmarkası, növbəti Aqrar Biznes Festivalı, eləcə də “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir Olimpiya İdman Kompleksinin ərazisində təşkil olunan tədbirdə fermerlər, toxumçuluq təsərrüfatlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirin əsas istiqamətlərindən biri olan toxum sərgi-satış yarmarkasında fermerlərə sertifikatlı toxum nümunələri təqdim olunub və toxumların satışı həyata keçirilib. Fərdi və özəl toxumçuluq subyektlərinin nümayəndələri tərəfindən təqdim olunan toxum sortlarının xüsusiyyətləri, becərilmə qaydaları və məhsuldarlıq potensialı barədə məlumat verilib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun kənd təsərrüfatı potensialı, aqrar istehsalın inkişafı və fermerlərin fəaliyyətinin dəstəklənməsində bu cür tədbirlərin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkaları yerli istehsalçıların məhsullarının tanıdılması, fermerlərin keyfiyyətli toxumlara və müasir aqrar texnologiyalara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə keçirilən tədbirlərin əsas məqsədinin aqrar yeniliklərin fermerlərə çatdırılması, müasir texnologiyaların tətbiqinin təşviqi və kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi olduğunu bildirib. O, cari dövrədək bölgələrdə 100-dən artıq Aqrar Biznes Festival, o cümlədən toxum sərgi-satış yarmarkası, məhsul festivalının keçirildiyini qeyd edib.

Tədbir çərçivəsində mövsüm ərzində təşkil olunan toxum sərgi-satış yarmarkalarında fəal iştirak edən toxumçulara təşəkkürnamələr təqdim edilib. Həmçinin Kürdəmir rayonunda İcra Hakimiyyətinin binasında “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində Nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və “Unibank”ın nümayəndələri iştirak ediblər.

Panel müzakirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəf və prioritetləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, aqrar istehsalın və emalın inkişafı, məhsuldarlığın artırılması, fermerlərin dəstəklənməsi və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, panel iştirakçıları təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, fermer və sahibkarlara təqdim olunan xidmətlər, mövcud dövlət dəstəyi mexanizmləri və müraciət imkanları barədə məlumatlar təqdim ediblər. Aqrar kreditləşmə və güzəştli maliyyələşmə, aqrar sığorta, toxumçuluq və bitkiçilik, heyvandarlıq, qida təhlükəsizliyi, suvarma və meliorasiya, eləcə də kənd yerlərində məşğulluğun təşviqi məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il ərzində 7 iqtisadi rayonu əhatə etməklə ölkənin 16 rayonunda toxum sərgi-satış yarmarkaları keçirilib. Yarmarkaların təşkil olunduğu rayonlardan 15-i Dövlət Proqramında buğda bitkisi üzrə ixtisaslaşmış 22 rayonun siyahısına daxildir.

Həmçinin həmin rayonlarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələri də keçirilib. Dövlət Proqramının əsas hədəf və prioritetləri barədə məlumatlılığın artırılması və təşviqi məqsədilə növbəti panel müzakirələrinin Salyan, Şabran və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri