BMT: İordan çayının qərb sahili ən böyük hücuma məruz qalıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
“İordan çayının qərb sahili İkinci İntifadadan (2000-ci ilin sentyabrından 2005-ci ilin əvvəlinə qədər davam edən Fələstin qiyamından) sonra ən böyük İsrail hücumu ilə üzləşir.”
APA xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze deyib.
"İsrail Fələstin torpaqlarını ələ keçirmək və fələstinliləri didərgin salmaq üçün uzunmüddətli planını həyata keçirdiyi üçün fələstinlilər real kütləvi etnik təmizləmə təhlükəsi ilə üz-üzədir", - deyə o, bildirib.
BMT-nin xüsusi məruzəçisi vurğulayıb ki, işğal edilmiş İordan çayının qərb sahili İkinci İntifadadan bəri ən pis hücumu ilə üzləşir:
“İsrail hava hücumları həyata keçirir, zirehli buldozerlərdən istifadə edir, evlərə basqın edir və sökür, kəndləri və yaşayış üçün zəruri olan infrastrukturu, o cümlədən kənd təsərrüfatı sahələrini məhv edir", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Mart 2025 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















