BMT nin Baş katibi İranla bağlı vəziyyətin kəskinləşməsindən narahatdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
BMT-nin Baş katibi Antonio Quterriş İran və onun nüvə proqramı ilə bağlı vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirib.
O, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Ümid edirəm ki, İran nüvə silahına sahib olmaq istəmədiyini aydın şəkildə göstərməli olduğunu başa düşür", - Baş katib vurğulayıb.
Quterrişin fikrincə, bunun müqabilində Tehran dünya ölkələri ilə daha fəal ticarət etmək imkanı əldə etməlidir.
"Lakin vəziyyətin bu cür deyil, əksinə, eskalasiya, bütün regionu əhatə edə biləcək münaqişə istiqamətində inkişaf etməsi ehtimalı var", - o xəbərdarlıq edib.
Bu bəyanatlar ABŞ-nin yeni administrasiyasının İrana qarşı sərt mövqe tutmağı və fəal şəkildə sanksiyalar tətbiq etməyi planlaşdırması barədə KİV-in yaydığı məlumatlar fonunda səsləndirilib.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Yanvar 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















