Icma.az
close
up
RU
BMT nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

BMT nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak ediblər. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib.

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb: “Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub”. Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun dünyada uşaqların taleyindən bəhs edən “Müharibə və uşaqlar” adlı videoçarxı nümayiş olunub.

BAMF-in nümayəndəsi Nik Nvolisa münaqişə baş vermiş və hazırda qaynar olan bölgələrdə yaşayan uşaqlar haqqında hesabat təqdim edib. Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb. Təqdimatdan sonra yan tədbirin təşkilatçılarından olan Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutunun İdarə Heyətinin üzvü, Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun icraçı direktoru Nidal Səlim münaqişələrin uşaqların həyatını məhv etdiyini qeyd edib: “Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir”.

Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru, doktor Blerim Mustafa uşaqlarla bağlı mühüm statistikanı təqdim edib, xüsusilə Xocalı soyqırımında öldürülmüş uşaqları xatırladıb: “Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə bölgələrində yaşayan uşaqların sayı 10 faiz olduğu halda, bu gün bu rəqəm təxminən 2 dəfə artaraq 19 faizə çatıb. Birinci və İkinci Qarabağ müharibəsi zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi acı reallıqlardan biridir”.

Beynəlxalq Əlillər Şurasının rəhbəri doktor Anna Laçovskayanın və Beynəlxalq Münasibətlər İnstitutunun professoru, araşdırmaçı Katlin Prokterin tədqiqatlar əsasında hazırladıqları və həmkarları tərəfindən auditoriyada təqdim edilən məruzələri böyük maraqla qarşılanıb. Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub. Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib.

Tədbirin sonunda BAMF-in beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatı səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən azərbaycanlı uşaqlar haqqında faktlar da yer alıb.

Qeyd edək ki, BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində təşkil olunan yan tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Mart 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri