BMT nin rezident əlaqələndiricisi: Təhsil sosial birliyi və tolerantlığı təmin edir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) siyasətin dəyişməsi, əsas prioritetlər və nailiyyətlər əldə etmək üçün aparıcı istiqamət olub. DİM-lər bizim ümumi yolun xəritəsidir. DİM dialoqları əməkdaşlıqların ruhunu dəstəkləyir, maraqlı tərəfləri bir yerə toplayaraq yeni həllər tapmağa sövq edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən 7-ci DİM dialoqunda çıxışı zamanı deyib.
O bildirib ki, təhsil özü ayrıca, o cümlədən DİM çərçivəsində 4-cü məqsəddir.
“Təhsil, eyni zamanda təkamülün aparıcı qüvvəsidir. Təhsil yoxsulluq səviyyəsini dayandırmağı, sosial birliyi və tolerantlığı təmin edir. Azərbaycanın uzunmüddətli baxışında da bu, öz əksini tapır. Bugünkü dialoqda təhsil sahəsinə sərmayələrin artırılması üçün müzakirələr aparılacaq. Biz DİM dialoqu üzrə broşur hazırlamışıq. Burada əvvəlki dialoqların əsas tövsiyələri öz əksini tapıb”, - deyə V.Andreyeva qeyd edib.


