Icma.az
close
up
RU
BMT nin Şəhərsalma Forumuna hazırlıq: Təşkilat Komitəsinin ilk iclası keçirilib

BMT nin Şəhərsalma Forumuna hazırlıq: Təşkilat Komitəsinin ilk iclası keçirilib

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanaqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Təşkilat Komitəsinin sədri şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunduğunu və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini deyib. Bu gün dövlət başçımızın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilir.

XXI əsrdə dünyada urbanizasiya prosesinin sürətləndiyini bildirən Təşkilat Komitəsinin sədri Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatların və genişmiqyaslı layihələrin, habelə ölkəmizin bu sahədə qlobal əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunduğunu qeyd edib. Buna görə də BMT-nin himayəsi altında keçirilən, mühüm və qlobal xarakterli tədbirlərdən biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanaqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ildə Bakıda təşkilinə dair qərar qəbul olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürüdür.

Daha sonra Təşkilat Komitəsinin üzvləri - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrə uyğun olaraq WUF13-ün milli koordinatoru və əməliyyat şirkətinin fəaliyyəti, forumun təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması, Təşkilat Komitəsinin Katibliyinin işinin təşkili və digər aidiyyəti məsələlərlə bağlı tapşırıqlar verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 İyun 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see339

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see261

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see164

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see138

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see127

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see123

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see122

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see122

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see121

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see120

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see119

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see116

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri