Məhkəmədə tətlə yetirilən Turanın atası DANIŞDI: “Baqışıqdan söhbət gedə bilməz”
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Natiq İmamcanovun ifadəsi ilə davam edib. O ifadəsində hadisə baş verən günü pivə almaq üçün evdən çıxdığını deyib:
"Kafeyə gəlib bir az pivə içəndən sonra evə qayıtdım, yatmağa hazırlaşırdım. Afiq zəng elədi ki, gəl bir siqaret çəkək. Gözlədim, haradasa beş dəqiqə keçdi, Afiqdən xəbər çıxmadı. Çıxıb özüm siqaret aldım, qayıdanda gördüm Afiq, Turan, Yunis küçədə dayanıblar, aralarında möhkəm mübahisə gedir. Bunlar mübahisə edə-edə uzaqlaşdılar.
Mən bilirdim ki, Turanda həmişə bıçaq olur, dedim arxalarınca gedim ki, bir xəta çıxmasın. Artıq onları gözümdən itirmişdim, bilmədim necə oldular. Bir az getmişdim ki, qarşımdakı dalandan Turanın çıxdığını gördüm, onun ardınca da sinəsi qan içində olan Afiq çıxdı dalandan. Afiq dedi ki, Turan onu yumruqla vurub. Mənə dedi ki, gedib Rasimi də çağıraq, söhbət var. Mən evə qayıdıb daima həyətimizdəki balaca sandıqda saxladığım bıçağımı götürdüm. Bu bıçaq üç ildir ki, məndədir.
Yaşadığım ərazi kriminal ərazi olduğundan məcbuesan ki, daim tətikdə, özünü müdafiədə olasan. Evdən çıxanda Afiq və Rasimi küçədə gördüm. Birlikdə Turanın olduğu məkana getdik.
Afiq Turanı görən kimi "Dur, səninlə söhbətim var" dedi. Bunu deyib Turanı vurdu. Mən elə bildim ki, Afiq onu yumruqla vurdu, amma bıçaqla vurubmuş; çünki, qırağa çəkiləndə Turanın sinəsi qan içində idi. Məkanda ara qarışdı, məzhəb itdi, kim- kimə gəldi vurmağa başladı. Bunu görüb özümü qorumaq məqsədilə belimdə gizlətdiyim bıçağı çıxardım. Afiqi tapıb çölə çıxartdım. Qapıdan çıxanda Afiq qapını necə zərblə çırpdısa, şüşələr çiliklənib yerlə bir oldu. Şüşə kəsikləri Afiqin boynunu və çiynini çapmışdı. Tez "təcili yardım" çağırdım, Afiqi maşına aparanda gördüm bıçağım Afiqin əlindədir, cəld bıçağımı onun əlindən aldım".
Zərərçəkənin hüquqi varisi Vüqar Qəniyev hadisənin birbaşa şahidi olmadığını deyib:
"Mən rayonda idim. Həmin gün gecə 2-nin yarısı kürəkənimdən zəng gəldi ki, Turanı bıçaqlayıblar. Necə gəlmişəm yolu, allah bilir. Çatanda oğlumun meyiti artıq meyitxanada idi. Uşağım ölməsəydi, sağ qalsaydı, bağışlayardım, amma indiki vəziyyətdə bu mümkün deyil, barışıqdan söhbət belə gedə bilməz".
Növbəti proses şahid ifadələrinin dinlənilməsi üçün yanvarın 14-ü saat 17:00-a təyin olunub.
Xatırladaq ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, ölümünə səbəb olub. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Fərqanə Novruzova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Dekabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















