Icma.az
close
up
RU
Qərbin Qarabağ oyunu: Separatizm, ikiüzlülük və rədd edilmiş faktiki müstəqillik...

Qərbin Qarabağ oyunu: Separatizm, ikiüzlülük və rədd edilmiş faktiki müstəqillik...

Icma.az, Bakupost saytına istinadən bildirir.


Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sənədində “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsi sadəcə diplomatik ehtiyatsızlıq deyil. Bu, məqsədli siyasi manipulyasiyadır. Brüssel bu terminlə separatizmi humanitar etiket altında reabilitasiya edir və regionda yeni təzyiq mexanizmi qurur.

Bu sənəd bir şeyi açıq göstərir: Rusiya tərəfindən yaradılmış separatizm artıq Avropanın istifadəsinə keçib.

Qarabağ münaqişəsi etnik ziddiyyətlərin “təbii” nəticəsi olmayıb. Bu, Moskvanın postsovet məkanında tətbiq etdiyi klassik imperiya texnologiyasıdır: zəif dövlətlər, qeyri-sabit sərhədlər, “vasitəçi” adı altında daimi nəzarət.

Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbas — hamısı eyni laboratoriyanın məhsuludur. Qarabağ da istisna deyil.

Ukraynada bu model “rus və rusdillilərin hüquqlarının müdafiəsi” adlanır. Qarabağda isə eyni mexanizm “ermənilərin hüquqları” kimi qablaşdırılır.

Bu artıq ikili standart yox, açıq riyakarlıqdır.

Qərbin gizlətdiyi əsas fakt: Azərbaycan Dağlıq Qarabağa faktiki müstəqillik təklif etmişdi. Qərbin sistemli şəkildə susduğu ən kritik fakt bu məsələ ilə bağlıdır.

Azərbaycan Qarabağ ermənilərinə Finlandiyanın Åland adaları modelinə bənzər status təklif etmişdi. Özü də prezident ilham Əliyev səviyyəsində.

Bu model nədir? Åland adaları faktiki tam daxili özünüidarə, öz parlamenti, öz dili və mədəniyyəti, demilitarizasiya, mərkəzi hökumətin minimal müdaxiləsi, beynəlxalq təminatlar daxilində mövcuddur.

Bu, klassik mənada faktiki müstəqillikdir, sadəcə bayraq və BMT üzvlüyü olmadan.

Azərbaycan məhz bunu təklif edirdi: ən yüksək səviyyəli muxtariyyət, təhlükəsizlik zəmanətləri, mədəni-siyasi özünüidarə, beynəlxalq müşahidə mexanizmləri.

Bu təklif masada olub. Rəsmi şəkildə. Dəfələrlə. Nəticə olmadı. Niyə? Ermənistan nə etdi? Rədd etdi. Bu, mübahisəli məsələ deyil. Bu, tarixi faktdır. Ermənistan və Qarabağdakı separatçı rejim bu modeli qəbul etmədi. Çünki məqsəd hüquq deyildi.

Çünki məqsəd təhlükəsizlik deyildi. Çünki məqsəd “öz müqəddəratını təyin etmə” deyildi. Məqsəd Azərbaycanın ərazi bütövlüyünü daimi şəkildə sual altında saxlamaq idi.

Əgər məsələ doğrudan da ermənilərin təhlükəsizliyi olsaydı, Åland modeli ideal həll idi. Amma bu model separatizmi hüquqi çərçivəyə salırdı və xarici manipulyasiya imkanlarını sıfırlayırdı. Buna görə də rədd edildi.

Qərbin böyük yalanı: “ermənilərin alternativi yox idi”. Bu gün Avropa İttifaqı və Fransa “ermənilərin başqa yolu yox idi” narrativini tirajlayır. Bu, açıq dezinformasiyadır. Alternativ var idi. Bu alternativi Ermənistan özü məhv etdi.

Buna baxmayaraq, Qərb məsuliyyəti təklif edən tərəfin — Azərbaycanın — üzərinə atır. Bu, hüquqi yox, siyasi seçimdir.

Qərbdə 260 separatçı hərəkat var — Qarabağ niyə “istisna”dır? Qərb dünyasında 250–260 arası separatçı hərəkat mövcuddur. Heç biri beynəlxalq səviyyədə təşviq edilmir. Kataloniya daxili məsələ sayır. Korsika probleminin həllini konstitusiya çərçivəsinə salıblar. Şotlandiya məsələsi yalnız referendum yolu ilə, özü də yalnız Londonun icazəsi ilə həll oluna bilər.

Uzaq 1967-cı ildə Fransa prezidenti Şarl de Qollun Kanadanın fransızdilli hissəsində “Yaşasın azad Kvebek” deməsi bütün dünyada diplomatik qalmaqal yaratmışdı. Az sonra o, istefa verməli oldu...

Amma Qarabağda birdən-birə bütün bu prinsiplər unudulur. Çünki söhbət prinsipdən yox, təzyiq alətindən gedir.

Qarabağ erməni separatizmi artıq silahlı mərhələdə deyil. Amma yox da olmayıb. Sadəcə transformasiya olunub: tankdan siyasi terminə keçib, səngərdən sənədə dönüb, hərbi münaqişədən hüquqi manipulyasiyaya çevrilib.

Åland modeli faktı bu manipulyasiyanı tam ifşa edir. Çünki sübut edir ki, Azərbaycan maksimal güzəştə belə hazır idi. Sülh istəməyən tərəf isə bu gün “qurban” kimi təqdim olunur. Bu, Qarabağ məsələsi deyil. Bu, Qərbin öz prinsiplərini necə selektiv şəkildə tapdaladığının nümunəsidir.

Separatizm dünən Kremlin aləti idi. Bu gün isə Brüsselin təzyiq mexanizmidir...

Elbəyi Həsənli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Dekabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri