BMT nin Sülhməramlı Qüvvələrinin Livan İsrail sərhədindəki mövqeyi atəşə tutulub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Qahirə, 8 oktyabr, AZƏRTAC
BMT-nin Livanın cənubunda fəaliyyət göstərən Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) İsraillə sərhəd yaxınlığında yerləşən mövqelərindən biri atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə “UNIFIL” məlumat yayıb.
Bildirilib ki, insident çərşənbə günü Kfər-Şuba yaxınlığındakı mövqedə baş verib. Atıcı silahlardan açılan atəş nəticəsində sülhməramlılar arasında xəsarət alan olmayıb. Lakin güllələr mövqenin xarici divarına, eləcə də bazanın ərazisində yerləşən bəzi yaşayış bölmələrinə və BMT-yə məxsus nəqliyyat vasitələrinə dəyib.
UNIFIL baş verən hadisəni pisləyərək atəş açılmasını qəbuledilməz adlandırıb. Qeyd olunub ki, bu cür hücumlar sülhməramlıların həyatını ciddi təhlükə qarşısında qoyur.
Missiya insidentlə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, 1978-ci ildən UNIFIL qüvvələrinin tərkibində 46 ölkədən 7500 hərbçi xidmət edib. Lakin BMT Təhlükəsizlik Şurası UNIFIL-in mandatının bu il dekabrın 31-də sona çatmasına qərar verib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 08 Oktyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















