BMT nin yubiley sessiyası öz işinə başladı
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
BMT-nin Baş Assambleyasının 80-ci yubiley sessiyası Nyu-Yorkda işə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Sessiyanın sədri, Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok çıxışında tərəfsiz fəaliyyət göstərəcəyini və BMT-nin 193 üzv ölkəsinə bərabər xidmət edəcəyini bildirib.
Sessiyanın əsas hadisələrindən biri BMT Baş Katibinin seçkisi olacaq. 23–27 sentyabrda yüksək səviyyəli həftə çərçivəsində 195 nümayəndəlik çıxış edəcək, Rusiya nümayəndəsi Sergey Lavrov isə 27 sentyabrda tribuna qarşısında çıxış edəcək.
Sessiya BMT-nin maliyyə böhranı şəraitində keçirilir. Üzv ölkələrin haqlarını vaxtında ödəməməsi təşkilatın büdcəsini kəsirə salıb. UN80 proqramı çərçivəsində islahatlar aparılır, bəzi agentliklərin Nyu-Yorkdan Nayrobiyə köçürülməsi və xərclərin azaldılması planlaşdırılır.


