Icma.az
close
up
RU
BMT nümayəndəsi: 2050ci ilədək 236 milyon qadın qida çatışmazlığı ilə üzləşəcək AZƏRTAC

BMT nümayəndəsi: 2050ci ilədək 236 milyon qadın qida çatışmazlığı ilə üzləşəcək AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

2050-ci ilədək 236 milyon qadın və azyaşlı qız qida çatışmazlığı ilə üzləşəcəyi, 158 milyon qadının isə yoxsulluq həddinə düşəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri Сemima Njuki jurnalistlər üçün keçirilən mətbuat konfrasında deyib.

O, iqlim dəyişikliyinin qadınlara və azyaşlı qızlara qarşı zorakılıq hallarının artmasına da səbəb olduğunu bildirib. Сemima Njuki ailələrin aclıq çəkdiyini, qida ehtiyaclarının artdığını vurğulayıb, bununla əlaqədar erkən və məcburi nikahların da artdığını, qadınların və qızların daha çox qida təhlükəsizliyi ilə qarşı-qarşıya qaldıqlarını qeyd edib.

BMT rəsmisi iqlim maliyyələşməsi ilə bağlı müzakirələr zamanı bu vəsaitin miqdarı ilə yanaşı, keyfiyyətinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıb. İqlim maliyyələşməsinin gender bərabərliyini nəzərə alaraq yerinə yetirilməli olduğunu qeyd edən Cemima Njuki bildirib: “Hazırda adaptasiya sahəsində yalnız 4 faiz, mitigasiya sahəsində isə yalnız 2 faiz maliyyə gender bərabərliyinə yönəldilir. 2022-ci ildə 600 milyard dollar maliyyənin yalnız 20 milyard dolları gender bərabərliyinə ayrılıb”.

O, iqlim dəyişikliklərinin qadınlar və azyaşlı qızlar üzərində fərqli təsir yaratdığını nəzərə alaraq, bu qeyri-bərabərlikləri aradan qaldırmaq üçün maliyyə istiqamətinin dəyişməli olduğunu diqqətə çatdırıb. Həmçinin maliyyənin yerli təşkilatlara, qadınlara, yerli xalqlara, feminist hərəkatlara, gənclər təşkilatlarına yönəldilməsinin vacibliyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see142

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri