Icma.az
close
up
RU
Misir televiziyasında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə danışılıb

Misir televiziyasında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə danışılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 4 may, AZƏRTAC

Misir televiziyasının “İkinci kanal”ında yayımlanan “Cusur” (Körpülər) verilişində Azərbaycanın strateji coğrafi mövqeyi və beynəlxalq platformalarda artan rolu barədə danışılıb.

AZƏRTAC xəbər verir ki, verilişdə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə ətraflı məlumat verilib, tədbirin əhəmiyyəti və mahiyyəti vurğulanıb. Bildirilib ki, forum şəhərsalma sahəsində qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma hesab olunur.

Verilişin qonağı olan Azərbaycanın Qahirədəki səfiri Elxan Poluxov ölkəmizin BMT xətti ilə keçirilən və miqyasına görə COP-dan sonra ikinci ən böyük tədbiri qəbul edəcəyini vurğulayıb. Bununla Azərbaycanın postsovet məkanında həm COP, həm də WUF kimi qlobal tədbirlərə ev sahibliyi edən ilk ölkə olduğu diqqətə çatdırılıb.

Materialda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qazandığı təcrübədən də bəhs olunub. İnkişaf etməkdə olan ölkələrin də yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil edərək qlobal problemlərin həllinə töhfə verə bildiyi qeyd edilib.

Süjetdə bütün ölkələrin Bakı şəhərində keçiriləcək WUF13 forumuna dəvət olunduğu bildirilib, həmçinin bu tədbirin təşkilində Misir təcrübəsindən istifadə edildiyi vurğulanıb.

Bununla yanaşı, Azərbaycan ilə Misir arasında münasibətlərin yüksək səviyyədə olduğu, qarşılıqlı ali səviyyəli səfərlərin həyata keçirildiyi və əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb. Xüsusilə iqtisadi əlaqələrin inkişafının vacibliyi qeyd olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri