Icma.az
close
up
RU
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır

BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Birləşmiş Millətlər Təşkilatı (BMT) bu qış milyonlarla qaçqın və məcburi köçkünü qorumaq üçün vəsait çatışmazlığı barədə xəbərdarlıq edib. Buna əsas səbəb ABŞ-ın maliyyələşdirməni kəskin azaltmasıdır. Təşkilat ən azı 35 milyon dollar məbləğində ianə toplamaq məqsədilə kampaniyaya başlayıb.
Reyting.az
-ın məlumatına görə, “Le Monde” qəzeti yazır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Ofisi xüsusilə ukraynalıların, suriyalıların və əfqanların acınacaqlı vəziyyətindən narahatdır.
BMT QAK-ın xarici əlaqələr üzrə rəhbəri Dominik Hayd bildirib ki, bu üç ölkədə ailələr donma temperaturu ilə üzləşirlər: onların başlarının üstündə layiqli dam, adekvat izolyasiya, istilik, yorğan, isti geyim və ya dərman yoxdur.
O əlavə edib ki, humanitar büdcələr çökmək üzrədir və bu il BMT-nin qış yardımı əhəmiyyətli dərəcədə azaldılacaq.
BMT QAK bombardman edilmiş evlərin təmirinə, sığınacaqların izolyasiyasına, uşaqlar və yaşlılar üçün istilik və yorğan təminatına, dərman və isti yeməklərin alınmasına dəstək göstərmək üçün özəl donorların yardımını vacib hesab edir.
Xatırladaq ki, Donald Trampın prezidentliyi dövründə, ənənəvi olaraq dünyanın ən böyük donoru olan ABŞ xarici yardımı kəskin şəkildə azaldıb. Əvvəllər Vaşinqton BMT QAK-ın büdcəsinin 40 faizindən çoxunu maliyyələşdirirdi. ABŞ-la yanaşı, digər əsas donor ölkələrin də töhfələrini azaltdıqları və agentliyin maliyyə vəziyyətini xeyli pisləşdirdikləri bildirilir.
BMT QAK vurğulayıb ki, Ukraynada qış temperaturu -20°C-yə qədər enə bilər və əhali indi Rusiyanın başladığı tammiqyaslı müharibə fonunda dördüncü qışını yaşayacaq:
“Humanitar ehtiyaclar artmaqda davam edir, mülki şəxslərin itkisinə və infrastrukturun dağıdılmasına səbəb olan hücumlar güclənir, qaz, elektrik enerjisi və su çatışmazlığı daha da artır”, - deyə təşkilat bəyan edib.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Noyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri