Icma.az
close
up
RU
BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib

BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 6-da Müharibə və Silahlı Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması üzrə Beynəlxalq Gün qeyd edilir. AZƏRTAC xəbər verir ki, BMT-nin bu münasibətlə yaydığı müraciətdə deyilir: “Bəşəriyyət həmişə müharibə itkilərini ölən və yaralanan əsgərlər və dinc əhali, dağıdılmış şəhərlər və yaşayış məntəqələri ilə hesablasa da, ətraf mühit çox vaxt müharibənin açıqlanmayan qurbanı olaraq qalır. Belə ki, hərbi üstünlük əldə etmək üçün su quyuları çirkləndirilib, əkin sahələri yandırılıb, meşələr qırılıb, torpaqlar zəhərlənib, heyvanlar öldürülüb”.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) müəyyən edib ki, son 60 ildə bütün silahlı münaqişələrin azı 40 faizi təbii ehtiyatların - istər taxta, almaz, qızıl və digər qiymətli sərvətlər, istərsə də neft və ya münbit torpaq, su kimi qıt resurslar səbəbindən baş verib. Təbii sərvətlərlə bağlı münaqişələrin də təkrarlanma ehtimalının iki dəfə çox olduğu aşkar edilib.

BMT ətraf mühitlə bağlı fəaliyyətin münaqişələrin qarşısının alınması, sülhyaratma və sülhməramlı strategiyaların bir hissəsi olmasını təmin etməyə böyük əhəmiyyət verir, çünki yaşayış vasitələrini və ekosistemləri təmin edən təbii ehtiyatlar məhv edilərsə, davamlı sülh də ola bilməz.

Bu məqsədlə 2001-ci il noyabrın 5-də BMT Baş Assambleyası hər il noyabrın 6-nı Müharibə və Silahlı Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması üzrə Beynəlxalq Gün elan edib. 2016-cı il mayın 17-də UNEP silahlı münaqişə riskinin azaldılmasında sağlam ekosistemlərin və davamlı şəkildə idarə olunan resursların rolunu tanıyan UNEP/EA.2/Res.15 qətnaməsini qəbul edib və onun tam həyata keçirilməsinə dair güclü öhdəliyini bir daha təsdiqləyib.

Bu kontekstdə işğalçı Ermənistan da 30 ilə yaxın müddətdə zəbt etdiyi Azərbaycan ərazilərində təbiətə, təbii sərvərlərə böyük ziyan vurub. Bu ərazilərdə 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilib. İşğal edilmiş ərazilərin təbii sərvətləri istismarı edilən zaman ətraf mühit standartlarına riayət olunmayıb və nəticədə ekologiyaya ciddi zərər vurulub. Beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətləri barbarcasına istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirib.

Bundan başqa, erməni işğalı altında olmuş ərazilərin 261 min hektar meşə sahəsi, təbiət abidələri, pasportlaşmış 145 Şərq Çinarı, eyni zamanda, həmin bölgədə “Azərbaycan Respublikasının Qırmızı Kitabına” daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri