Icma.az
close
up
RU
BMT TŞ beynəlxalq təhlükəsizliyə töhfə vermir

BMT TŞ beynəlxalq təhlükəsizliyə töhfə vermir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş katibdən İSLAHAT çağırışı

Yaxın zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında genişmiqyaslı islahatlar həyata keçirilə bilər. Belə ki, BMT-nin Baş katibi Antoniu Quterreş gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Yüksək Səviyyəli Debatlarla bağlı mətbuat konfransında qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bugünkü reallığa uyğun gəlmir. Onun sözlərinə görə, bu qurumda zəruri islahatların aparılmasına ehtiyac var. “Təhlükəsizlik Şurasında islahatlar mükəmməl və məntiqli bir addım olar. Onun müasir dünyaya uyğun olmayan tərkibi var. O, 1945-ci il reallığına uyğundur və bu, təkcə legitimlik deyil, həm də effektivlik problemi yaradır”, - deyə Quterreş bildirib ki, o, Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən daim danışan ilk baş katibdir.

Azərbaycan və Türkiyədən çağırış

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasında geniş islahatların aparılmasını zəruri hesab edir. Dövlət başçısı sentyabrın 9-da Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində qeyd edib ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməlidirlər. “Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. Təhlükəsizlik Şurası artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib,” - deyə Prezident İlham Əliyev bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə BMT Baş katibi Antonio Quterreşə son açıq məktubunda BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazım olduğunu vurğulayıb. Qardaş ölkənin dövlət başçısı qeyd edib ki, bütün dünya bu istiqamətdə addımların atılmasını gözləyir.  “Dünyamızda müharibələr bizi daha çox əhatə etməzdən, daha çox insan və cəmiyyət əziyyət çəkmədən, daha çox günahsız qan tökülmədən əvvəl, Qlobal sülh və təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirməkdən uzaq olan BMT Təhlükəsizlik Şurasının strukturunun köklü şəkildə dəyişdirilməsinə ehtiyac var”.

Təhlükəsizlik Şurası siyasi oyun meydanına çevrilib

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti beynəlxalq münasibətlərin ən böyük paradokslarından biridir. “BMT Təhlükəsizlik Şurası (TŞ) 1945-ci ildə müharibələrin qarşısını almaq və beynəlxalq sülhü qorumaq məqsədilə yaradılmışdı. Amma artıq 80 ildən çoxdur ki, dünyada gedən proseslər onu göstərir ki, bu qurum bir çox hallarda ya siyasi oyun meydanına çevrilib, ya da böyük güclərin veto “silahı” ilə iflic vəziyyətinə düşüb. Suriya müharibəsindən tutmuş Ukrayna böhranına, Qarabağ məsələsindən Yaxın Şərqdəki münaqişələrə qədər saysız nümunə var ki, Təhlükəsizlik Şurası heç bir effektiv qərar qəbul etməyib və ya qəbul etdiyi qərarı icra etdirə bilməyib,” - deyə T.İsmayılov vurğulayıb ki, Təhlükəsizlik Şurasındakı hazırkı əsas problem  “mexaniki” deyil, “siyasi”dir; “Daimi üzvlərin - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın maraqları bir-birinə zidd olduqda, Təhlükəsizlik Şurasının qərarları bloklanır. Yəni sülh və təhlükəsizlik bir neçə dövlətin milli maraqlarının girovuna çevrilir. Bu da obyektiv olaraq qurumun səmərəsiz olduğunu göstərir”. Ekspert söyləyib ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ilə bağlı məsələ uzun illərdir ki, gündəmdədir. “Maraqlısı budur ki, hamı TŞ-nin islahata ehtiyacı olduğunu deyir, amma kimsə öz mövqeyindən geri çəkilmək istəmir. Məsələn, veto hüququndan imtina etmək daimi üzvlər üçün demək olar ki, “öz hegemonluğunu ləğv etmək” kimi görünür,”.

İslahatlar nə üçün zəruridir?

T.İsmayılov bildirib ki, qlobal Cənubun yüksəlişi, Asiya, Afrika və Latın Amerikası ölkələrinin beynəlxalq sistemdə artan çəkisi islahat tələbini daha da gücləndirir. “Hindistan, Braziliya, Cənubi Afrika, Nigeriya kimi ölkələrin BMT Təhlükəsizlik Şurasında daimi və ya ən azı daha güclü təmsilçilik qazanması artıq sadəcə “arzu” deyil, tarixi zərurət kimi ortaya çıxır. Əks halda, TŞ get-gedə daha çox “Qərb-Şimal klubu” təsiri bağışlayacaq və legitimliyini itirəcək. BMT TŞ bu gün bir çox hallarda acizdir, islahat qaçılmazdır və qlobal Cənubun səsi olmadan qurum XXI əsrin reallıqlarına cavab verə bilməyəcək. Amma böyük güclərin öz maraqlarını kənara qoyub buna imkan verəcəyi də sual altındadır”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri