Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

BMT dəyişməli, TŞ genişlənməlidir

BMT dəyişməli, TŞ genişlənməlidir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almatıda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Mərkəzi Asiyada ilk Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzini ziyarət ediblər. Görüşdə Tokayev mərkəzin açılışında göstərdiyi dəstəyə görə qonağa minnətdarlığını bildirib.

Yuxarıda bəhs olunan görüşdə Tokayev  yenə də BMT-də islahatların zərurliyindən bəhs edib O, Qazaxıstanın Baş katibin BMT-də islahatlar aparmaq səylərini tam dəstəklədiyini diqqətə çatdırıb.

Ümumiyyətlə, Tokayev bir qayda olaraq BMT-də islahatların labüd olduğu prinsipindən çıxış edir. O bununla bağlı ölkəsinin mövqeyini müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə diqqətə çatdırıb. Tokayev bu barədə bir qədər bundan əvvəl “The Hill” nəşrinə müsahibəsində ətraflı bəhs edib.

Dövlət başçısı 5 daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) başqa, digər ölkələrin də səsvermədə iştirakının vacibliyini bildirib. Tokayev bu prosesə dəyişiklik edilməsini istəyib. Qazaxıstan lideri qeyd edib ki, yalnız bu yolla BMT mövcud regional çağırışlarla daha effektiv mübarizə apara biləcək. Dünyanın üzləşdiyi əsas təhlükələr arasında o, pandemiyaları, iqlim dəyişikliyini və nüvə silahını sayıb. “Biz müəyyən irəliləyiş əldə etmişik. Kollektiv tədbirlərin uğursuzluğu özümüzü tam məhv etməyə hər saniyə yaxınlaşdırır. Sülh üçün bizə verilən imkanı itiririk”, - deyə Tokayev bildirib.

BMT-də islahatların aparılması zamanın tələbidir. Qurumun sıralarında 193 ölkə birləşir. Ancaq təşkilatda bu qədr ölkənin təmsilçiliyi əslində formal səciyyə daşıyır. Çünki, qurumda TŞ-nın 5 daimi üzvünün mövqeyi həlledicidir. Buna görə də beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, BMT əslində beş böyük dövlətin maraqlarına xidmət edir. Bəs yerdə qalan 188 dövlət nə üçün 5 ölkənin diqtəsi ilə oturub-durmalıdır?

 Son illərdə dünya bir sıra ədalətsizliklərlə sınağa çəkilib. Bu ədalətsizliklərin bir çoxunu elə BMT TŞ-də təmsil olunan güc mərkəzləri törədiblər. BMT Əfqanıstanda, İraqda, Gürcüstanda, Ukraynada  baş verənləri dayandıra bilməyib. Son olaraq BMT Baş katibi Qəzzada atəşin dayandırılmasına çağırış edib. Bu çağırış eşidilmir və Qəzzada bir insanlıq faciəsi yaşanır. Niyə belə olmalıdır? İkili standartların BMT-yə də nüfuz etməsi kədərli təəssüratlar yaradır. Necə ola bilər ki, BMT qərarları bir sıra hallarda dərhal və bütün miqyası ilə yerinə yetirilir, digər hallarda isə onilliklər ərzində yerinə yetirilməmiş qalır?

BMT səviyyəsində islahatların aparılması təklifi ilə çıxış edən qardaş Türkiyənin Lideri Rəcəb Tayyib Ərdoğan obrazlı şəkildə “dünya beşdən böyükdür” ifadəsini işlədib. Bu, TŞ-nın tərkibinin genişləndirlməsinə və bu yolla beynəlxalq nizamın daha ədalətli şəkildə idarə edilməsinə bir çağırışdır. BMT strukturunda islahatların aparılmasının zəruriliyini Baş ?atib Quterreş də zaman-zaman gündəmə gətirib.

Öz növbəsində BMT-nin dişsiz bir quruma çevrildiyini ölkəmizlə bağlı 4 qətnamənin onilliklər ərzində yerinə yetirlməməsində görən Azərbaycan da qurumda islahatların aparılmasını zəruri sayır. Bununla bağlı Prezident İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan birmənalı fikirlər ifadə edib. Dövlətimizin başçısı o mövqedən çıxış edir ki, islahatlar çərçivəsində TŞ genişləndirilməlidir. Elə bir mexanizm yaradılmalıdır ki, qurumun formalaşmasında paritetlik, ədalət prinsipləri əsas götürülsün. Belə olan halda BMT hazırkı qlobal güc mərkəzlərinin inhisarından çıxa bilər və onun funksionallığı artar. Qurumda ciddi islahatların aparılmasını qaçılmaz sayan dövlətimizin başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. “Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.

Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see550

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see542

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see535

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see454

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see432

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see347

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see328

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see293

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri