Icma.az
close
up
RU
BMT və Azərbaycan arasında Strateji Prioritetləşdirmə Seminarı keçirilib

BMT və Azərbaycan arasında Strateji Prioritetləşdirmə Seminarı keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Bakıda BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədinin (2026-2030-cu illər) hazırlanması ilə bağlı Strateji Prioritetləşdirmə Seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyini, qlobal təşəbbüslərə fəal dəstək verdiyini vurğulayıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bu münasibətlərin yeni səviyyəyə yüksəldiyi qeyd edilib. Ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edərək, 50-dən çox dövlət proqramı və strategiyanı DİM-lərə uyğunlaşdırıb, Azərbaycan BMT-nin Yüksək Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

Bu il icrası başa çatacaq 2021-2025-ci illər üçün Çərçivə Sənədinin inklüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyi kimi 4 əsas prioriteti əhatə edir. Bu istiqamətlərdə BMT ilə birlikdə çoxsaylı layihələr icra olunub. Yeni Çərçivə Sənədinin COP29 zamanı elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələri, 18-ci DİM-in sənədə daxil edilməsi və mina təhlükəsizliyi, iqtisadi diversifikasiya, ixracın artırılması, innovasiya təşəbbüsləri, dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərini əhatə etməsi təklif olunub.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək Azərbaycanın BMT ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Ölkəmizin yeni Çərçivə Sənədinin uğurla həyata keçirilməsi üçün əməkdaşlığa hazır olduğu qeyd edilib. Azərbaycanın dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdən olduğu nəzərə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz həyat üçün 18-ci Dayanıqlı İnkişaf Məqsədinin təşəbbüs kimi irəli sürülməsinin əhəmiyyəti vurğulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Vladanka Andreyeva bildirib ki, BMT Azərbaycanın dayanıqlı inkişaf üçün həyata keçirdiyi layihələri dəstəkləyir. Yeni Çərçivə Sənədinin strateji istiqamətləri BMT-nin prioritetləri, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə töhfələri, həmçinin minatəmizləmə ilə bağlı 18-ci DİM-ə nail olunması pioritetləri ilə uzlaşır.

Seminar çərçivəsində 2030-cu ilə doğru: Növbəti 5 il üçün Azərbaycanın Dayanıqlı İnkişaf Prioritetləri, COP29 Prezidentliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə və BMT-nin Ümumi Ölkə Təhlilindən irəli gələn əsas çağırışlara dair təqdimatlar edilib.

Seminar öz işini qrup təqdimatlar və plenar müzakirələrlə davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri