BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yəməndə davam edən qarşıdurmalar və təhlükəsizliyin pisləşməsi səbəbilə 340 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
APA xəbər verir ki, bu, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) mövzu ilə bağlı açıqlamasında öz əksini tapıb.
Məlumata görə, həyati əhəmiyyət daşıyan yollara qoyulan məhdudiyyətlər humanitar yardımların çatdırılmasını çətinləşdirir.
IOM-un Yəməndəki missiyasının rəhbəri Abdusattor Esoev bildirib ki, yüz minlərlə insan bütün əmlakını geridə qoyaraq başqa ərazilərə köçməli olub.
Onun sözlərinə görə, humanitar ehtiyaclar artmaqda davam edir və ailələrə yardım göstərilməsi üçün təcili əlavə dəstəyə ehtiyac var.
Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Sənanı və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir. Son dövrlərdə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar yenidən intensivləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Noyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















