BMTnin Livandakı sülhməramlıları atəşə tutulub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) patrulu ölkənin cənubunda atəşə tutulub.
"Report"un xəbərinə görə, bu barədə onların "Telegram" kanalındakı məlumatda bildirilir.
"Dünən günorta fransız və fin sülhməramlılarından ibarət UNIFIL Bedias kəndində xidmətlərini yerinə yetirərkən azı bir silahlının olduğu qrup "mavi dəbilqəlilər”in sərbəst hərəkət etməsinə mane olmağa çalışıb. Patrul maneəni keçərək planlaşdırılmış marşrut üzrə hərəkəti davam etdirməyə nail olub. Təxminən bir saat sonra patrul Maarake kəndini keçəndə ona atəş açılıb. Ehtimal edilir ki, qanunsuz qruplaşmaların üzvləri tərəfindən 40-a yaxın atəş açılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, bəzi patrul avtomaşınlarında güllə dəlikləri aşkar edilsə də, sülhməramlılar xəsarət almayıb. Onlar dərhal hadisə barədə Livan Ordusuna məlumat veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Noyabr 2024 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















