Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

BMU da 27 Sentyabr Anım Gününə həsr olunan konfrans keçirilib

BMU da 27 Sentyabr Anım Gününə həsr olunan konfrans keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunan konfrans keçirilib. Açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, Zəfər yolu tarixi ilə bağlı videoçarx izlənildikdən sonra çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 27 sentyabrın doğma torpaqlar uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edildiyini bildirib. Beş il öncə başlayan və 44 gün davam edən müharibənin səbəbləri, uğurlu nəticələri, həmçinin 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasını diqqətə çatdıran rektor bu möhtəşəm Zəfərin şəhidlərin qanı, qazilərin cəsurluğu, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını deyib. Yaqub Piriyev qeyd edib ki, milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmaq məcburiyyəti qarşısında qoydu. Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini, milli məsələlərdə prinsipiallığını, cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığını, güclü, dünya səviyyəli siyasətçi olmasını qələbəni şərtləndirən mühüm amil kimi önə çəkən rektor dövlətimizin başçısının müharibənin gedişində və sonra xarici mətbuata verdiyi müsahibələrinin beynəlxalq ictimai rəyə təsirini xüsusi vurğulayıb. Nəticədə ölkəmizə təzyiqlər cəhdinin qarşısının müvəffəqiyyətlə alınmasını Azərbaycanın diplomatik uğuru kimi səciyyələndirib. Rektor bildirib ki, Prezident İlham Əliyev azad edilmiş ərazilərə davamlı səfərləri ilə həm sevincini xalqla bölüşür, həm də Azərbaycanın məhz öz iqtisadi imkanları sayəsində Qarabağ və Şərqi Zəngəzuru tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.

Çıxışının sonunda şəhidlərimizin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını, onların göstərdiyi misilsiz igidliklərin gələcək nəsillər üçün örnək olacağını deyən rektor tələbələrə tövsiyələrini çatdırıb. Bildirib ki, gənclərin borcu müqəddəs amal uğrunda canından keçənlərin əziz xatirəsini qorumaqla yanaşı, daim səylə çalışmaq, Azərbaycanın daha da güclənməsinə töhfə verməkdir.

Abşeron Rayon İcra Hakimiyyətinin (başçısı Abdin Fərzəliyev 27 Sentyabr - Anım Gününü xalqımızın qəhrəman oğullarının xatirəsinə ehtiramın bariz nümunəsi adlandırıb. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin igidlik və qəhrəmanlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olduğunu deyib. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə dövlətimizin göstərdiyi diqqəti önə çəkən Abdin Fərzəliyev Abşeron rayonunda bu istiqamətdə davamlı görülən işləri nəzərə çatdırıb. İcra başçısı dövlətimizin gücü və xalqımızın birliyi sayəsində qazanılmış tarixi Qələbənin daim qürur mənbəyimiz olacağını vurğulayıb.

27 sentyabrın canını Vətən yolunda qurban verən qəhrəmanlarımızın müqəddəs amalını yaşatmaq günü olduğunu bildirən Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışaraq hər bir dəstəyin onlara böyük mənəvi dayaq olduğunu deyib. Şəhidlik mərtəbəsinə ucalmış Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyən Xatirə İsmayılova gənclərə şəhidlərin yolunu daim uca tutmağı və dövlətimizə, ölkəmizə sədaqətlə bağlı olmağı tövsiyə edib.

BMU-nun Memarlıq və inşaat fakültəsinin I kurs tələbəsi, 19 yaşında Azərbaycan Respublikasının ali hərbi təltifi - Vətən Müharibəsi Qəhrəmanı adını almış Azər Abdullazadə tankçı kimi müharibədə yerinə yetirdiyi hərbi vəzifələrindən, Ermənistan ordusunun müdafiə səddinin yarılmasında qəhrəman əsgərlərimizin göstərdiyi və əyani şahidi olduğu hadisələrdən danışıb. Ağır yaralanarkən hospitalda əhatə olunduğu qayğıdan, dövlətimizin diqqətindən razılıqla bəhs edən Vətən Müharibəsi Qəhrəmanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmağı ilə fəxr etdiyini, ordumuzun həmişə müzəffər, dövlətimizin isə hər zaman qalib olacağına əminliyini söyləyib.

Tədbirdə geniş məruzə ilə çıxış edən BMU-nun professoru, tarix üzrə elmlər doktoru Şikar Qasımov Anım Gününün tarixi əhəmiyyətindən, Azərbaycanı qələbəyə aparan yoldan, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbə xalqımızın mübariz ruhunu, şəhidlərimizin qəhrəmanlığını, dövlətimizin gücünü parlaq ifadə edir. Çıxışda, həmçinin gənc nəslin milli ruhda yetişdirilməsi, tarixi həqiqətlərin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Mərasimin sonunda şəhid Ziyəddin Rəşidovun atası Arzu Rəşidov 60 illik yubileyi münasibətilə təbrik olunub və universitetdə təhsil alan şəhid ailələrinin üzvləri ilə xatirə fotosu çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri