BMU da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 10 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsində məzun olan tələbələrin elektron diplomlarının imzalanması prosesi yekunlaşıb. BMU-nun rektoru Yaqub Piriyev bütün ixtisaslar üzrə məzunların elektron diplomlarını Ali və Orta İxtisas Təhsili Altsistemi vasitəsilə imzalayıb.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.
Elektron diplomların hazırlanması və təqdim edilməsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Qaydalara əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil haqqında dövlət sənədi Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində elektron sənəd formasında yaradılaraq təqdim edilir.
Məzunlar elektron diplomlarını “my.gov.az” rəqəmsal hökumət platforması üzərindən əldə edə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 Avqust 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















