Icma.az
close
up
RU
BMU da yeni ixtisaslaşma: “Maliyyə nəzarəti və audit”

BMU da yeni ixtisaslaşma: “Maliyyə nəzarəti və audit”

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Mühəndislik Universitetində (BMU) magistratura səviyyəsində açılan yeni ixtisaslaşmalardan biri də “Maliyyə nəzarəti və audit”dir. İxtisaslaşmanın əsas məqsədi maliyyə nəzarəti, audit, maliyyə hesabatlılığı, risklərin idarə olunması və daxili nəzarət sahələrində beynəlxalq standartlara uyğun yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

Proqram magistrantlara müasir maliyyə sistemlərini təhlil etmək, maliyyə hesabatlarının etibarlılığını qiymətləndirmək, müəssisələrdə daxili nəzarət mexanizmlərini qurmaq və audit proseslərini beynəlxalq standartlara uyğun həyata keçirmək bacarıqları qazandıracaq. İxtisaslaşmanın cəmiyyətdə rolu isə şəffaf maliyyə idarəçiliyinin təmin edilməsinə, dövlət və özəl sektorda maliyyə intizamının gücləndirilməsinə, korrupsiya risklərinin azaldılmasına, investor etimadının artırılmasına və ölkənin iqtisadi inkişafına töhfə verən peşəkar auditor və maliyyə nəzarətçilərinin hazırlanmasından ibarətdir.

Tədris proqramı iki əsas mərhələdən ibarətdir. Birinci mərhələdə magistrantlarda fundamental nəzəri biliklər və tədqiqat bacarıqları formalaşdırılacaq, ikinci mərhələdə isə peşəkar ixtisas bilikləri dərinləşdiriləcək, praktiki hazırlıq aparılacaq və magistr dissertasiyası yerinə yetiriləcək. Eyni zamanda, tələbələrə akademik yazı və elmi etika, ali mikroiqtisadiyyat və makroiqtisadiyyat, beynəlxalq maliyyə hesabatları standartları, ekonometrik təhlil üsulları, elmi tədqiqat metodları, dövlət maliyyəsi və büdcə siyasəti, qiymətli kağızlar bazarı, maliyyə büdcələrinin hazırlanması, risklərin idarə olunması, rəqəmsal audit texnologiyaları, ESG və davamlılıq hesabatlılığı, eləcə də davamlı maliyyə və investisiya siyasəti istiqamətlərində nəzəri, analitik biliklər veriləcək.

İkinci mərhələdə təhsil daha çox peşəkar və tətbiqi istiqamətə yönələcək. Magistrantlar maliyyə auditi, maliyyə hesabatlarının təhlili, müəssisələrdə daxili nəzarət sistemləri, maliyyə hüququ, tədqiqat analitikası, monetar siyasət, bank əməliyyatlarına nəzarət, blokçeyn texnologiyaları və kriptovalyutalar üzrə bilik və praktiki bacarıqlar əldə edəcəklər. Proqram həm elmi-tədqiqat fəaliyyətinə, həm də peşəkar audit və maliyyə nəzarəti sahəsində fəaliyyətə hazırlığı təmin edəcək.

Tədris prosesi beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqinə əsaslanan təlim, tədqiqatyönümlü təhsil modeli, real biznes nümunələri, rəqəmsal audit və analitik proqramlardan istifadə, ekonometrik və statistik analiz metodları, problem əsaslı öyrənmə, layihə və təqdimat əsaslı qiymətləndirmə, komandada işləmə və elmi müzakirələr, həmçinin müasir maliyyə texnologiyalarının öyrənilməsi əsasında təşkil olunacaq.

Proqram çərçivəsində magistrantlara məcburi və seçmə fənlər tədris ediləcək. 

Son semestrdə magistrantlar elmi-pedaqoji təcrübə və elmi-tədqiqat təcrübəsi keçəcəklər. Bununla yanaşı, onlar magistr dissertasiyası hazırlayıb müdafiə edəcəklər. Bu mərhələ magistrantların əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmələrinə, elmi araşdırma aparmalarına və müstəqil tədqiqat bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri