Icma.az
close
up
RU
BMU İNHA İDP tələbələrinin layihəsi II yerə layiq görülüb

BMU İNHA İDP tələbələrinin layihəsi II yerə layiq görülüb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Heydər Əliyev Mərkəzində keçirilən “Dayanıqlı Expo: Planet üçün İncəsənət və İnnovasiya” adlı sərgidə uğurlu nəticə əldə ediblər.

BMU-dan AZƏRTAC-a bildirilib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində təşkil olunan tədbirdə BMU-İNHA İDP-nin elektrik mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri Nəzrin Nurullayeva (layihənin rəhbəri) və Məhəmməd Şərbətovun sərgiyə təqdim etdiyi “Yaşılscan” layihəsi II yerə layiq görülüb.

Tədbirin əsas məqsədi iqlim böhranına qarşı mübarizədə gənclərin yaradıcılıq, innovasiya və bədii ifadə vasitəsilə həyata keçirdikləri layihələrin təşviq edilməsi, həmçinin ekoloji problemlərin həllində onların fəal iştirakının dəstəklənməsi olub.

“Yaşılscan” layihəsi kənd təsərrüfatında çürümüş meyvə və tərəvəzlərin sağlam məhsullara təsiri nəticəsində məhsuldarlığın azalması və fermerlərin iqtisadi zərərlə üzləşməsi probleminin texnoloji həlli kimi təqdim olunub. Həll mexanizminə əsasən, multispektral sensorlarla təchiz olunmuş sahələr havadan skan edilir. Sensorlar sağlam və çürük məhsulları ayırd edir və nəticələr mobil tətbiq üzərindən fermerlərə təqdim olunur. Layihə vaxt, işçi qüvvəsinə qənaət, eyni zamanda, məhsul itkisini minimuma endirmək baxımından mühüm üstünlüklər daşıyır.

Universitet tələbələrinin bu uğuru onların innovativ düşüncə, texnoloji yaradıcılıq və elmi biliklərini praktik tətbiqetmə bacarığının göstəricisidir. Qazanılan nəticə həm də BMU-nun tələbələr arasında iqlim dəyişikliklərinə dayanıqlı həllərin təşviqinə verdiyi dəstəyin bariz nümunəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri