Icma.az
close
up
RU
BMUda “COP29 HUB” adlı tədbir keçirilib

BMUda “COP29 HUB” adlı tədbir keçirilib

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Mühəndislik Universitetində (BMU) Xarici dillər kafedrası və Tələbə Həmkarlar İttifaqının "English zone" klubunun birgə təşkilatçılığı ilə Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunmuş “COP29 HUB”  adlı tədbir keçirilib. 

Universitet rəhbərliyi, müəllim-tələbə heyətinin qatıldığı tədbirdə ekoloji mövzuda ingilis dilində və müxtəlif ölkələrin simvolik rəsmi şəxsləri rolunda məruzəçi kimi çıxış edən yerli, həmçinin xarici tələbələrin iştirakı ilə panel sessiya təşkil olunub. 

Öncə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, Xarici dillər kafedrasının müdiri Nərminə Əliyeva, həmçinin layihənin rəhbəri, kafedranın baş müəllimi Sevda Hüseynova çıxış ediblər. Çıxışlarda ölkəmizdə keçiriləcək COP29-un önəmindən bəhs olunub. Eyni zamanda “COP29 HUB”  tədbirinin belə bir maraqlı formatda təşkil olunmasının əsas məqsədinin həm tələbələrin ekoloji təfəkkürünü formalaşdırmaq, planetin bütün ölkələrinin yaşıl dünya strategiyası ilə bağlı maariflənmələrini gerçəkləşdirmək, həm də onların ingilis dili bacarıqlarını inkişaf etdirmək olduğu vurğulanıb.  

Panellərdə Azərbaycan, Türkiyə, Pakistan, İngiltərə, Amerika və Afrika ölkəsi Çadın şərti rəsmi şəxsləri kimi məruzə edən tələbələr öz ölkələrinin ekoloji durumu, iqlim dəyişmələri nəticəsində üzləşdikləri təbiət hadisələri, yaranan ciddi ekoloji fəsadlara diqqəti cəlb edib, habelə ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıblar. 

Sonra COP29 üzrə müxtəlif beynəlxalq “təmsilçilər” statusunda olan gənclərin iqlim dəyişikliyinə qarşı birgə mübarizəyə səslədikləri rol oyunu (Save the planet -planetimizi xilas edək), “Green English”,  “Eco innovators” və “Earth defenders” komandaları arasında ətraf mühitə aid ingiliscə terminlər üzrə söz yarışması nümayiş olunub. Tələbələrin ifa etdiyi dünyamızı qorumağa çağırış notlu (This is our world –bu, bizim dünyamızdır) mahnı tədbirdə maraqla qarşılanıb.  

Sonda tədbirdə fəallıq göstərən tələbələrə sertifikatlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri