Bodo/Qlimt in baş məşqçisi: Bu gün bir az şanslı idik
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Bodo/Qlimt"in baş məşqçisi Kyetil Knutsen Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "İnter"ə qalib gəldikləri matç haqda danışıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis qələbəyə baxmayaraq, komandasının oyunundan tam razı qalmadığını deyib:
"Düşünürəm ki, bu gün bir az şanslı idik. Həqiqətən də effektiv oynadıq. Amma düşünürəm ki, bu, bizim üçün orta səviyyəli bir performansdır. Yaxşı nəticə qazandıq. Amma tam yüksək səviyyədə çıxış etdiyimizi düşünmürəm".
O, növbəti həftə İtaliyada keçirəcəkləri cavab görüşünə də toxunub: "Bu, yeni bir oyun olacaq. Məncə yalnız müdafiə oluna və əks-hücumlara ümid edə bilmərik. Biz də hücum etməliyik. Həmçinin orta və yüksək bloklardan istifadə etməli, yaxşı müdafiə olunmalıyıq. Çətin oyun olacaq. Bu, şübhəsizdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 19 Fevral 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















