Icma.az
close
up
RU
“Bodo/Qlimt” vikinqlərinin Avropa möcüzəsi

“Bodo/Qlimt” vikinqlərinin Avropa möcüzəsi

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Norveçin “Bodo/Qlimt” komandası Avropada uğurlu çıxışını davam etdirir. Norveç təmsilçisi tarixində ilk dəfə Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb. 

QOL.az xəbər verir ki, Bodo təmsilçisi 1/2 final mərhələsinin cavab matçında ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi “Latsio” ilə Romada qarşılaşıb. Meydan sahibləri matçı əlavə vaxta aparmağı və hətta 100-cü dəqiqədə hesabı 3:0 etməyi bacarsa da, norveçlilər əsl vikinqlər sayağı əzmkarlıq göstəriblər. 109-cu dəqidə Andreas Helmersenin qolu sayəsində hesabı 3:1 edən “Bodo” matçı penaltilər seriyasına aparıb. Seriyada isə onlar üstün olublar - 3:2. 2 epizodda rusiyalı Nikita Xaykin “Bodo/Qlimt”i qoldan xilas edib.

Oyundan sonra nə dedilər?

“Bodø/Glimt”in baş məşqçisi Kyetil Knutsen bildirib: “Mən möcüzələrə deyil, bizim çıxdığımız yola inanıram. Amma bu gün möcüzə baş verdi. Qeyri-adi bir oyun keçirdik. Yarımfinala yüksəlməyimizlə inanılmaz dərəcədə qürur duyuruq”.

“Bodo/Qlimt”in qapıçısı Nikita Xaykin isə deyib: “Bu, möhtəşəm bir nailiyyətdir. Çox sevincliyik. Bu, yalnız klubumuz üçün deyil, bütün Norveç futbolu üçün tarixi hadisədir. Qaçırdığımız imkanlara görə əsəbləşmişdim. Amma bu, futbolun ayrılmaz hissəsidir və məhz buna görə biz bu oyunu sevirik. Penaltilər seriyasında özümün intuisiyama inandım. Kastelyanosun zərbəsini dəf etdiyim an qələbə qazandığımızı dərhal anlamadım. Sonra uşaqların qaçdığını gördüm və mən də onlara qoşuldum”.  

“Latsio”nun baş məşqçisi Marko Baroni bildirib: “Nəticə məyusedicidir, çünki əla oyun göstərdik. Komanda çox yaxşı çıxış etdi və azarkeşlər bizi dəstəkləməyə davam etdilər. Uşaqlar enerjili və ürəklə mübarizə apardılar. Onlarla fəxr edirəm və həm onları, həm də bizə azarkeşlik edən hər kəsi təbrik edirəm.”

“Latsio”nun kapitanı Mattia Dzakkanyi deyib: “Çox təəssüf. Bu, demək olar ki, mükəmməl bir oyun idi. 120 dəqiqə ərzində yüksək intensivliklə oynadıq və heç bir cəhətdən geri qalmadıq. Məşqçimiz də bizdən bunu istəyirdi. Ola bilsin, buraxılan qol epizodunda bir az daha diqqətli ola bilərdik.”

Xatırladaq ki, “Bodo/Qlimt” bu mövsüm Avropa Liqasında  “Qarabağ”ın 8 rəqibindən biri olub. Azərbaycan çempionu yeganə qələbəsini (2:1) məhz bu komanda üzərində səfərdə qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Aprel 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see276

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see225

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see217

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see215

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see213

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see212

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see211

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see210

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see207

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see206

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see205

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see202

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see199

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see198

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see197

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see194

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see193

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri