“İmişli”nin hazırlıq planı açıqlanıb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“İmişli” futbol klubunun milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövrü üçün planları məlum olub.
Bu barədə klubun sözçüsü Bəhruz Musayev məlumat verib.
“Komandaya dörd günlük istirahət verildikdən sonra bu gün hazırlıq prosesinə start verilib. Hələlik yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb. Məşqlər ənənəvi olaraq Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunur.
Fasilə başa çatdıqdan sonra “İmişli” Misli Premyer Liqasında növbəti matçını noyabrın 20-də doğma meydanda “Zirə”yə qarşı keçirəcək”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, “İmişli” hazırda Misli Premyer Liqasının turnir cədvəlində 11 xalla səkkizinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:“İmişli”nin yay hazırlıq planı bəlli olub
04 İyul 2025 18:08
İmişli nin yay hazırlıq planı bəlli oldu
14 İyul 2026 18:30
“İmişli”nin baş məşqçi planı
12 Noyabr 2026 16:53
İmişli nin hazırlıq planında dəyişiklik Qəbələyə yollandı
28 İyul 2025 23:04
İmişli nin Sənan Qurbanov planı EKSKLÜZİV
14 Avqust 2025 11:00
Baxış sayı:39
Bu xəbər 12 Noyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















