Icma.az
close
up
RU
Bodrum, göy öskürək və körpə Lalə Bağırova yazır...

Bodrum, göy öskürək və körpə Lalə Bağırova yazır...

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

45 gün idi ki, ana olmuşdum. Bu xoşbəxtliyi ikinci dəfədir yaşayırdım. Bilirdim ki, uzun illərdən bəri dostluq etdiyim, mənim uşaqlıq rəfiqəm Xəyalə yaxın günlərdə Bodruma ailəvi istirahətə gedəcək, hətta onunla aramızda bu müharibələr (İran və İsrail) dövründə təyyarədən istifadə etməyin nə dərəcədə təhlükəsiz olması barədə müzakirələr də olmuşdu. Az qala ölənə qədər işlədikdən sonra yay aylarında Türkiyə otellərinə səyahət insan əziyyətinə sərin su səpmiş qədər yaxşı təsir edir.

Amma mən tələsmədim. Düşündüm ki, istirahət hələ tezdir, qoy körpəm Cavad bir az da böyüsün, sentyabr ayında heç olmasa, 4 ayı tamam olsun, ətə-cana gəlsin, ondan sonra gedərik.

Həyat yoldaşım çox ani, spontan qərarlar verən bir adam olduğundan (adətən, bu cür qərarlar mənim üçün əvvəlcə gözlənilməz və təhlükəli, sonda isə gözəl nəticələnir), müzakirəsiz-məsləhətsiz şəkildə rəfiqəmgilin əvvəlcədən kirayələdiyi otelə və eyni reysə bilet alaraq, birlikdə dincəlməyimizə qərar verdi və mənim üçün də sürpriz etmiş oldu.

Sürprizi dilxor, sevinci alaçiy vəziyyətində qarşıladım. Əvvəlcədən deyim ki, körpənin təyyarə sərgüzəştinin öhdəsindən necə gələ biləcəyi qorxusu məni olduqca narahat edirdi, amma bu işin, macəranın hələ yarısı imiş. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.

Getməyimizə üç gün qalmış bildim ki, digər övladım, beş yaşlı qızımdan xəstəliyə, göy öskürəyə yoluxmuşam. Uşaq peyvəndli olduğundan xəstəliyi yüngül və gizlin keçirmişdi.

Əslində, uşaq vaxtı mən də peyvənd olunmuşdum, amma artıq gəlib yetişdiyim qırx yaşımda peyvənd öz effektini itirmiş sayılırdı. Onu deyim ki, böyüklər bu xəstəliyə nadir hallarda yoluxur, fəqət görünür, immunitetim aşağı düşübmüş. Boğucu öskürək tutmaları (göy öskürəkli xəstələr yaxşı bilir, belə vəziyyətdə göz bərəlir, oksigen çatışmır, halsızlıq baş verir), üstəlik, hələ yaşı çatmadığından peyvənd olunmamış 45 günlük körpəni yoluxdurmaq qorxusu, yeni doğumdan sonra hormon oynamasının orqanizmama göstərdiyi əks təsirlər, bir də bu istirahət məsələləri-hər şey bir-birinə qarışdırmışdı.

Başımı tamam itirmişdim.

Ürəyim getmək istəmirdi, istirahət planını ləğv etmək qərarına gəlmişdim. Dərin depressiya və düşüncə içərisində vurnuxub qalmışdım. Bilirdim ki, çağalar bu bakterioloji xəstəliyi çox fəsadlı keçirə bilərlər. Tibbi savadın mənfi xüsusiyyətlərindən biri də hər hansı bir xəstəlikdə fəsadların baş verməsi haqda geniş məlumatın olmasındadır.  Bu da əlavə stress gətirir. Xəstəliyin sağalma perspektivi, nikbin düşüncələr qalır bir tərəfdə, sən yalnız mənfi şeyləri düşünürsən.

Həyat yoldaşım dedi ki, Bakıda müalicə işi çətin vəziyyətə salacaq, depressiyadan çıxa bilməyəcəksən. Təbii ki, ilk zəngim pediatra oldu-səyahətə birgə çıxacağım rəfiqəm Xəyaləyə. Savadına hər zaman güvəndiyim doktor hansı müalicəni yazdısa – antibiotik, inhalyasiya, öskürək siropu, allergiya dərmanı – onu da etdim və müsbət nəticəsini gördüm.

İki gündən öskürək xeyli azaldı və biz səyahətə çıxdıq. Təyyarədə iki qat maska ilə uçdum, körpəni isə yoldaşıma tapşırdım. Səmaya yüksələn kimi öskürəyim tam kəsdi, Bodrumun möhtəşəm dağları və Egey dənizli sahillləri mənə məlhəm kimi təsir etdi.

Orda səhər saatlarında oyanıb dəniz sahilinə gedirdik. Həm mənim, həm də beş yaşlı qızım Selcanın boğaz qıcılanmaları dayanmış, körpə isə tam sağalmışdı.

Demək, daim təşviş içində olmaq, mənasız həyəcan insanın sağlam düşüncəsinə mənfi təsir edir, ona düzgün qərar verməsinə əngəl yaradır. Yaxşı ki, həyatımda “vardırlar” dediyim insanların sayəsində həm depressiyadan çıxdım, həm sağaldım, həm də övladlarımla bəs deyincə dincəldim. Hər kəsə sağlam düşüncə, açıq fikir arzu edirəm. Çünki həyatımızda nə baş verməsindən asılı olmayaraq, düzgün və zamanında verdiyimiz qərarlar gələcək yolumuzu müəyyən edir.

Yolumuz həmişə işıqlı olsun.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri