BOEMDA: Bu il dənizdə külək enerjisi layihələrinə xüsusi diqqət ayrılacaq
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ildə Azərbaycan dənizdə külək enerjisi layihələrinə xüsusi diqqət ayıracaq.
Bunu "Report"a müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq ilkin ölçmələr artıq aparılıb: “Daha genişmiqyaslı tədqiqatlara başlanılması və investorların bu prosesə cəlb olunması nəzərdə tutulur. Bu layihələr “yaşıl enerji” istehsalına böyük töhfə verəcək və Azərbaycanın enerji sektorunda yeni imkanlar yaradacaq. Sözsüz ki, bu sahədə işlər kifayət qədər mürəkkəbdir, gözlənilməz çətinliklər ortaya çıxa bilər. Lakin mərhələli şəkildə bu çətinliklərin həlli üçün addımlar atılır. Planlarımız dinamikdir, yeni tələblərə uyğun olaraq mütəmadi yenilənir. Qarşımıza qoyulan məqsədlərə nail olmaq üçün bütün gücümüzlə çalışırıq”.
C.Abdullayev bildirib ki, bərpa olunan enerji mənbələrinin digər növləri, xüsusən də bioenerji və geotermal enerji sahəsində də irəliləyişlər var: “Bu sahələr üzrə təhlillər artıq tamamlanıb və aidiyyəti qurumlara təqdim olunub. Geotermal enerjidən istifadə imkanlarının daha dərindən öyrənilməsi istiqamətində işlər davam edir”.
C.Abdullayevlə geniş müsahibəni buradan oxuya bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















